Bərdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi haqqında məlumat.

Bərdə rayon Mərkəzi kitabxanası 1954-cü ildən fəaliyət göstərir. 1980-ci ilin noyabr ayından Bərdə rayon kitabxanası mərkəzləşdirilmişdir.  Mərkəzləşdirilmiş  kitabxana sistemində 1 mərkızi, 1 uşaq k/x-sı, 10 şəhər kitabxanası, 109 kənd kitabxanası fəaliyyət göstərir.Mərkəzləşdidrilmiş kitabxana sisteminin 549874 nüsxə kitrab fondu vardır. Kitabxana 49 min nəfərdən çox oxucuya xidmət göstərir.Bərdə rayon Mərkəzləşdidrilmiş Kitabxana Sistemində 6 şöbə fəaliyyət göstərir.

  1. Oxuculara xidmət şöbəsi.

  2. Komplektləşdirmə və kitabişləmə şöbəsi.

  3. Uşaqlara xidmət şöbəsi.

  4. Vahid fondun təşkili və ondan istifadə.

  5. Metodika şöbəsi.

  6. Biblioqrafiya şöbəsi.

Mərkəzi  Kitabxananın xidmət etdiyi ərazidə əhalinin sayı 142300 nəfərdir.2002-ci ilin oktyabr ayında Bərdə rayon mərkəzi kitabxanasında Rasurs-İnformasiya Mərkəzi açılmışdır.Mərkəzləşdidrilmiş kitabxana sistemi 1995-ci ildən fəaliyyətinə görə II qrupa keçirilmişdir.Mərkəzləşdidrilmiş kitabxana sistemi “Mədəniyyət haqqında”, “Kitabxana işi haqqında” qanunları, Respublika Prezidentinin kitabxana işi ilə bağlı bütün qərar və sərəncamlarını, digər hüquqi sənədləri rəhbər tuttaraq fəaliyyət göstərir.

Kitabxananın şöbələri haqqında məlumat.

Kitabxananın “Komlektləşdirmə və kitabişləmə”şöbəsi kitabxanaya yeni daxil olmuş ədəbiyyatı kitabxana qaydası ilə işləyib kitabxanalara göndərir.  Şöbədə mədəni-iqtisadiprofil kartotekası,Əlifba katoloqu,ödənilmiş sifarişlərin uçotu,seryalı nəşirlərin uçotu,çoxcildli nəşrlərin ayrıca uçotu haqqında kartoteka var. İl ərzində şöbəyə 34 adda 4273 nüsxə ədəbiyyat daxil olmuşdur.
Kitabxanaın metodika şöbəsi filial kitabxanalara metodiki rəhbərlik edir.Metodika şöbəsində metodistlərin kitabxanalara gedişi qrafiki,kənd kiatabxanasına metodiki rəhbərlik etmək üçün təxmini yaddaş.
Kitabxananın iş prinsipləri:
MKS-nə daxil olmuş kitabxana müəssisələrinin Metodiki guşə xəritəsi tərtib olunmuşdur.Metodika şöbəsi kitabxanaçılara kütləvi tədbirlərin keçirilməsində,kiatabxananın uçot və hesabatlarının tərtibində,kitabxana fondunun təmizlənməsində,ümumiyyətlə kitabxana işinin tərkibinə metodiki köməklik edir.
Biblioqrafiya şöbəsi bütün filial kitabxanalarda məlumat-biblioqrafiya, diyarşünaslıq və informasiya işlərinin təşkilinə nəzarət edir.Biblioqrafiya şöbəsi xidmət xidmət şöbəsi üçün tövsiyyə siyahıları tərtib edir,mühüm kitab sərgilərinin sxemini hazırlayır.
Uşaqlara xidmət şöbəsi.Uşaqlara xidmət şöbəsi filialın bütün işlərinə rəhbərlik edir,hər bir işçinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə nəzarət edir,plan üzrə tapşırıqların yerinə yetirilməsini yoxlayır.Şöbənin fondu 130110 nüsxə,oxucuların sayı 01.10.2009-cu ilə 1910 nəfər,kitab verilişi 7360,kitabxanaya gəliş 4891 nəfər olmuşdur.Kitabxanada yeni kitablar “Əsrin faciəsi”, “Əsrin faciəsi”-bu sərgi Xocalıda törödilmiş soyqrım,vandalizm,vəhşilik,Xocalıda qətlə yetirilmiş insanların siyahısı öz əksini tapmışdır.
“Adların tarixə yazanlar ,Adları ilə tarix yazanlar”başlıqlı sərgidə Qarabağ müharibəsi,bu müharibədə qəhrəmanlıqlar göstərmiş mərd Azərbaycan övladlarına həsr olunmuşkitablar öz əksini tapmışdır. “Heydər Babanın həyat yolu bizim üçün bir örnəkdir”adlı sərgidə Heydər Əliyevin həyat və fəaliyyətinə Azərbaycan üçün gördüyü işlərə həsr edilmiş kitablar toplanmışdır.
“Qüvvət elmdədir,başaqa cür kəs,hec kəsə üstünlik eyləyə bilməz”adlı sərgidə isə elmin hər bir sahəsinə həsr edilmiş ensiklopedik,məlumat kitabları daxil edilmişdir.
Kitabxanada əlifba və sistemli katalok təşkil edilmişdir.Uşaqlara xidmət şöbəsi məktəbəqədər uşaq müəssiəsələrində “Qoy həmişə günəş olsun”adlı tədbir keçirmiş,kiçik yaşlı məktəblilər arasında “Kitab tükənməz xəzinədir”mövzusunda söhbət BMT-nin “Uşaq hüquqlarına dair”konvensiyası ilə bağlı Maarifləndirmə məqsədi ilə söhbətlər təşkil edilmişdir.Bundan başqa məktəblilərlə “İdman gözəllikdir,idman sağlamlıqdır”mövzusunda tədbir,”Nağıl qəhrəmanları”mövzusunda viktorina “Sağlam uşaq,sağlam ailə”mövzusunda dəyirmi masa,“Rənglər,uşaq rəsmlərində”mövzusunda rəsm sərgisi,məktəblilərin intellektual inkişafına yönəldilməsi üçün oyunlar,”Dünyamızı qoruyaq”mövzusunda dəyirmi masa təşkil edilmişdir