Kütləvi İnformasiya Vasitələrində Bərdə.

Salman Alıoğlu.
Bərdə: qədim diyar yeni libasa bürünür.-Respublika
qəzeti № 057 (2897) 16 mart 2007. səh. 6.

Regionların sosial-iqtisadi inkişafı rubrikası altında gedən bu yazıda qədim Bərdə torpağının iqtisadi inkişafından, hələ 9 əsr bundan əvvəl dahi Nizaminin zövqlə tərənnüm etdiyi bu qədim diyarın öz tarixinin yeni mərhələsini yaşadığından bəhs edilir. Bərdənin ən abad, ən yaraşıqlı, nümunəvi və yaşıllığa bürünmüş bir şəhərə çevirməyi qarşısına əsas məqsəd kimi qoymuş Bərdə camatının bu yolda əlindən gələni etdiyi bu məqalədə öz əksini tapmışdır. Məqalədə Respublika Prezidedentinin Bərdə haqqinda fikirləri, Bərdəlilərin dövlətçiliyimizə, vətənimizə sadiqliyi haqqinda söylədiyi fikirlər də öz əksini tapmışdır. Məqalədə həmçinin rayon İcra Hakimiyətinin başçısı İlham Ağayevin Bərdədə görülmüş və gələcəkdə görüləcək işlər haqqında fikirləri də qeyd edilmişdir.

Yusif Kərimov.
Bərdə “bərdədi”...- “Kaspi” qəzeti №056.
(1522) 4 aprel 2007. səh..

Yazıçı-publisist Yusif Kərimovun bu publisistik məqaləsində Bərdənin qədimliyi, adət-ənənələri, disporu haqqında, Bərdədəki arxeoloji qazıntılar, Makedoniyalı İsgəndərin Bərdəyə gəlişindən, Bərdənini qonaq-qaralı olmasından, vətən-vətəndaşlıq, novruz bayramı iştirakından bəhs edir.
Azər.TAC. Bərdədə Tarix-Diyarşünaslıq muzeyinin açılışı haqqında məlumat verilmişdir. Açılışı bildirən lentin Azərbaycan Raspublikası Prezidenti İ.Əliyev tərəfindən kəsildiyi bildirilir. Həmçinin AMEA-nın arxeoloji ekspedisiyasının tədqiqatları, Bərdənin 3 min il yaşı olduğu haqqında elmi-praktik konfrans keçirəcəyi haqda məlumat verilmişdir.

Salman Alıoğlu. Bərdədə muğam gecəsi.- Respublika qəzeti
№ 058 (3193) 15 mart 2008. səh. 12.

Məqalədə Bərdədə keçirilən muğam gecəsindən bəhs edilir. Bildirilir ki, Heydər Əliyev fondunun, Azərbaycan Mədəniyyətinin Dostları fondunun dəstəyi ilə keçirilmiş “Muğam Televiziya Müsabiqəsi-2007”-nin iştirakçılarından bir qrupu qədim Bərdənin qonağı olmuşdur. Həmçinin həmin müsabigənin münsiflər he4yyətinin üzvləri- xalq artisti, professor, istiqlal ordenli Arif Babayev və digərləri bu gecədə iştirak etmişdir. Muğam gecəsi əsl bayrama çevrilmişdir.

Ziyəddin Sultanov.
Bərdənin payız-qış qayğıları.-Xalq qəzeti
№ 249 (26307) 7 noyabr 2009. səh.4.

Məlumat xarakterli bu yazıda Bərdəı rayon İcra Hakimiyyətində rayon və şəhər təsərrüfatının payız-qış mövsümünə hazırlığının vəziyyəti və qarşıda duran vəzifələrin geniş müzakirəsindən söhbət açılır. Müzakirədə təhsil şöbəsinin, yol istismar idarəsinin, su-kanal idarəsinin, Mərkəzi rayon xəstəxanasının, Mədəniyyət və Turizm şöbəsinin, Mənzil təmir-istsmar, Qaz-istsmar idarəsinin, Kommunal müəssisələri Kombinatının rəhbərlərinin qışa hazırlıq məqsədi ilə gördüyü işlər barədə məlumat vermişlər ki, bu da adı çəkilən yazıda öz əksini tapmışdır.

A.Məmmədov.
Əsrlərdən gələn səslər.-Azərbaycan qəzeti
№89 (5193) 26 aprel 2009. səh. 2.


“Bərdə şəhəri-3000” rubrikası altında gedən yazılardan biri olan “Əsrlərdən gələn səslər” başlıqli bu yazıda Bərdə şəhərinin Azərbaycanın zəngin tarixi keçmişə malik olmasından, yerləşdiyi təbii-coğrafi şəraiti, zəngin bitki və heyvanat aləmi, əlverişli iqlimi olduğu üçün burada ən qədim dövrlərdən insan məskənləri yaranmasına səbəb olduğu qeyd olunur.
Eyni zamanda Bərdədə aparılan arxeoloji qazıntılar barədə məlumat öz əksini tapmışdır.

Şükufə Əliyeva.
Bax, bu məhəbbətdir...Bərdə qəzeti
№23 10 oktyabr 2008ş səh.4.


“Qəhrəmanlar unudulmur” rubrikasinda gedən bu məqalə şəhidlik zirvəsinə ucalmış Qarabağ Müharibəsində misilsiz gəhrəmanlıq göstərmiş Bərdəli Milli Qəhrəman Elgiz Kərimova həsr edilmişdir.Müəllif məqləni onun anası ilə görüşdən sonra yazdığını qeyd edir. Həmçinin Elgiz Kərimovun təhsil aldığı 4 saylı məktəbin hazırda onun adını daşıdığını qeyd edir.
Müəllif sonda qeyd edir: “Şəhidlik də bir zirzədir. Şəhidlik əbədi ömrdür. Elə bir ömür ki, Elgiz də onu yaşayır. Şəhidlik elə məhəbbət, elə sədaqətdir ki, Elgiz də bu məhəbbət, bu sədaqətin ümmanında günəş kimi əks olunur.

Şükufə Əliyeva.
Ədəbi-bədii gecə.-Bərdə qəzeti
№25. 06 noyabr 2008. səh 3.

Məmməd Araz -75 rubrikası altında gedən bu məqalədə rayomn Mərkəzi Kitabxanasınnın sevimli şairimiz Məmməd Arazın 75 illik ybileyi ilə əlaqədar “Məmməd Araz işığında” adlı ədəbi-bədii gecə kecirdiyi hagda məlumat verilir.Hətta qeyd edilir ki, kitabxana işçiləri ilə bərabər fəal oxucularında fəal iştirak etdiyi bu tədbirdə xalqının qəlbində özünə əbədi məskən tapan şairin şerlərindən ibarət ədəbi-bədii kompozisiya da nümayiş etdirilmişdir.

Tahir Aydinoğlu və Ziyəddin Sultanov.
Bugünkü Bərdə şəhəri 3 min illik tarixin varisidir-Xalq qəzeti
№86 (26144) 23 aprel 2009.

Qarabağın dağı ilə aranı arasında qapı olan Bərdə torpağınin min nillərdir ki, xalqımıza isti ocaq, yurd-yuva olması, yenidən dirçəlmiş,, 3000 ildən bəri fasiləsiz olaraq Kürlə Araz arasında şöhrətli bir yaşayış məntəqəsi kimi mövcud olmasından bəhs edən bu məqalədə, həmçinin Bərdənin tarixi şəxsiyyətlərindən də bəhs edilir.

Ə.Məmmədov. 2009-cu ilin 9 ayında Bərdə rayonunun
sosial-iqtisadi inkişafı.-Bərdə qəzeti №20. 10 noyabr 2009.

Rayon Statistika idarəsinin rəisi Ə.Məmmədovun statistik məlumat xarakterli bu yazısında Bərdə rayonunda inkişaf səviyyəsi haqqında məlumat verilir. Kənd təsərrüfatında heyvandarlıq, quşçuluq, yun istehsalı, əkinçilik, sənaye, tikinti və həmçinin yeni iş yerlərinin açılması və demoqrafik vəziyyət barədə məlumat verilir.

Gülbəs Məmmədova.
Taleyin xoşbəxtlik payı.- Yeni Mədəni maarif jurnalı
№3 2009. səh. 72-73.

Məqalədə rayonumuzda və respublikamızda bir çox muşam ifaçılarına muğam öyrədən Seyid Şuşinskinin sinfində dərs alan, hazirda rayon Mədəniyyət evinin bədii rəhbəri Maarif Məmmədovun 70 illik yubileyinə həsr olunmuşdur.
Qeyd olunur ki, müəllimi Seyid Şuşinskinin əməyini hec zaman unutmauyan Maarif müəllim həçinin şagirdlərinə də daim qayğı ilə yanaşır. Bundan başqa məqalədə Maarif Məmmədovun Muğam haqqında, şagirdləri haqqında fikirləri qeyd edilir. Sonda müəllifin Maarif Məmmədovun 70 illik yubileyi münasibəti ilə təbrikləri, arzuları qeyd olunur.

Gülbəs Məmmədova.
Arif oxuyanda.- Yeni Mədəni maarif jurnalı
№1/2-2009- səh.43

Məqalə respublikamızın xalq artisti, professor Arif Babayevin Bərdə rayonunda keçirilən 70 illiyinə həsr olunmuş yubileyi gecəsinə həsr olunmuşdur. Yubiley gecəsində Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayevin və başqalarının ybilyara təbrikləri qeyd olunmuş, həmçinin Arif Babayevin yetirmələrinin ifası haqqinda məlumat verilmişdir. Günay .
Nüşabə qalasının bərpası başlanacaq- Paritet qəz..
№94(1395) 29-31 avqust. səh.11.

Məqalədə Azərbaycanın ən qədim abidələrindən biri olan Bərdə türbəsində yenidənqurma və bərpa işlərinə başlanacağı haqqında məlumat öz əksini tapır.
Hər tərəfindən baxanda “Allah” sözü oxunan bu qalanın Makedoniyalı İsgəndər tərəfibdən Bərdə hökmdarı Nüşabənin şərəfinə inşa etdirdiyi bildirilir. Memar isə memar Əcəmi məktəbinin yetirməsi olan Naxçıvanlı olan Əhməd ibn Əyyub əl-Hafiz tərəfindən 1322-ci ildə inşa edilmişdi.

Ziyəddin Sultanov.
Bərdə çörəkli torpaqdır-Xalq qəzeti
№184 (26242) 21 avqust 2009. səh. 3.

Məqalədə Bərdə torpağının bar-bərəkətli bol sudan gqc aldığı, Bərdə tarixçilərinin zəmilərdən 100 min tona yaxın məhsul götürdükləri qeyd olunur.
Bunun səbəbini işin düzgün təşkili, aqrotexniki qaydalara düzgün rəayət olunması, suvarna sistemləri idarəsinin kənd təsərrüfatı işçilərinə qayğısından söhbət açılır.

Aqşin Şahinoğlu.
Bərdə gündən günə müasirləşir və inkişaf edir-İki sahil qəzeti.
№167 (3101) 5 sentyabr. 2009. səh. 2-7.

Qəzetin iki səhifəlik bu məlumat xarakterli yazıda Bərdənin tarixən yaxın çərqin ən qədim yaşayış mərkəzi olması haqqinda qısa məlumat, “Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008) çərçivəsində Bərdə rayonunda həyata keçirilən tədbirlət və atılan addımlar rayonun inkişafının sürətləndirilməsindən, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan, badlıq və quruculuq işlərindən, rayon əhalisinin enerji ilə təminatı, poçt xidmətləri, təhsil, səhiyyə rayon əhalisinin ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyindən bəhs edir. Təlimdə keyfiyyət əsas şərtdir.-Respublika qəzeti
№205 (3633) 15 sentyabr. 2009. səh.6.
Təhsil ilinin başlanması ilə əlaqədar “Yeni dərs ilininz mübarək” rubrikasında gedən bu yazıda Ağdam, Ağcabədi, Laçın təhsil şöbələri ilə yanaşı Bərdə rayon təhsil şöbəsində keçirilən ənənəvi sentyabr konfransından, ilin ən yaxşı məktəbi, ən yaxşı müəllimi adına layiq görülən məktəb və müəllimlər rayon təhsil şöbəsinin müdiri Rahilə İsmayılovanın “Respulikanın Əməkdar Müəllimi” adına, Qaradəmirçi kənd orta məktəbinin müəllimi Nizami Hüseynovun “Tərəqqi” medalına layiq görülməsi qeyd edilmişdir.

Fəxriyyə Abdullayeva.

Qədim Bərdədə elektron kitabxana.

Mədəniyyət qəzeti. №10, 10 fevral 2010.

Dünən Bərdə rayonu Mərkəzi kitabxanasında Azərbaycan regionlarında yaradılan ilk elektron kitabxananın açılış mərasimi kçirilib.Tədbirdə mƏdəniyyət və Turizm naziri Əbülfəz Qarayev, Milli Məclisin deputatı Zahid Oruc, Bərdə rayon İcra hakimiyyətinin başçısı İlham Ağayev, rayon ictimaiyyəti, ziyalılar mədəniyyət müəssisələrinin əməkdaşları iştirak etdilər. Zahid Orucun Mədəniyyət qəzetinə verdiyi məlumata gorə Tədbirdə çıxış edən Ə.Qarayev Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən işlərdən, ölkə başçısı tərəfindən mədəniyyət və tarixi abidələrin bərpası, elm və təhsil sferasına göstərilən yüksək diqqət və qayğıdan danışdı: Tarix elə gətirib ki, Bərdə Qarabağın həm giriş, həm də çıxış qapısına çevrilib. Qeyd etdi ki, Azərbaycan Respublikası Przidentinin 2008-ci il 08 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Kitabxana-İnformasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” na uyğun olaraq respublikada kitabxanaların informasiyalaşdırılması işi həyata keçirilir.

 

Z.Sultanov.

Bərdə: yüksəliş marafonunda daha bir uğurlu il.

Xalq qəzeti, 25 fevral 2010-səh.6

            Məqalədə Bərdə rayon İcra Hakimiyyətində keçerilən ümumrayon müşavirəsində 2009-cu ildə həyatın müxtəlif sahələrində irəliləyişdən, social-iqtisadi durumdan geniş söhbət açılır. Hesabat məruzəsində və ayrı-ayrı natiqlərin çıxışlarında öz əksini tapmış önəmli məsələlər fakt və rəqəmlər oxucuya çatdırılır.

            Sosial-iqtisqdi inkişaf proqramının 2009-2013-cü illəri əhatə edən 2-ci mərhələsinin rayonda yüksək mütəşəkkilliklə icra olunması, geniş tikinti-abadlıq işlərinin yüksək sürətlə həyata keçirilməsi və s. haqqında məlumat verilmişdir.

L.Quliyev.

Bərdədə Novruz bayramı. Azərbaycan qəzeti

 №63, 20 mart 2010.

            Əlamətdar bayram günlərində yarmarkalar təşkil etmək Bərdədə  bir növ ənənəyə çevrilmişdir. Martın 19-a təsadüf edən növbəti yarmarka isə elimizin əsas bayramı olan Noruza həsr edilmişdi. Yarmarkaya əsasən yerli fermerlərin istehsal etdikləri kənd təsərrüfatı məhsulları çıxarılmışdı. Şəhər sakini, əmək veteranı Arif Əliyev minnətdarlığını bu sözlərlə bildirir: “Bu əziz gündə belə zəngin yarmarka təşkil edənlərə sağ olsunlar deyirik. Hər bir şey bazardan 15- 20 faiz ucuzdur. Bu isə ailə büdcəsinə xeyli köməkdir.” Bir neçə saat davam edən yarmarka şəhər əhalisinin bayram ovqatının daha da yüksəltmişdi.

Z.Sultanov.

Qədim Bərdənin bərəkətli yaz günləri. Xalq qəzeti

20 mart 2010-cu il səh.6.

            Məqalədə Bərdə torpaqlarının münbitliyindən,müasir memarlığından, abadlaşdırma işlərindən, yeni parkların salınmasından, xəstəxana, məktəb, avtovoğzal tikintisindən və s. söhbət açılır. Həmçinin rayonun iqtisadi yüksəlişi, kənd təsərrüfatında qazanılmış nailiyyətlərdən, dövlət sektorundakı artimdan, rayonda sahibkarlar şurasının yaradilmasından söhbət açılır.

            Bundan başqa imkansız ailələr üçün İmamqulubəyli və Həsənqaya kəndlərində tikilən yaşayış evləri haqqında, əhalinin su, elektrik enerjisi, qaz təhcizatı ilə bağlı problemlərin həlli yönümündə görülən işlərdən o cümlədən Bərdə şəhərinin 3 min illik yubileyinin təntənə ilə qeyd edilməsinə hazırlıq barədə məlumat dab u yazıda öz əksini tapmışdır.