Bərdəlilər

  Rəcəb Rəcəbov-həkim

 

1913-cü ildə Bərdə rayonunun Qasımbəyli kəndində anadan olmuşdur. Orta təhsilini  Bərdə şəhərində almış, 1931-ci ildə Azərbaycan Dövlət Tibb İnstrtutunun  müalicə-profilaktika şöbəsinə daxilolmuş,1936-cı ildə oranı bitirmişdir.O, respublikamızın müxtəlif rayonlarında əhalinin sağlamlığının keşiyində  durmuşdur.1941-1942-ci illərdə Bərdə Mərkəzi rayon xəstəxanasının baş həkimi , 1942-1944-cü illərdə Bərdə rayon ZDS İcraiyyə Komitəsinin sədri vəzifəsində  çalışmışdır. O,II dünya müharibəsində iştirak etmişdir.1944-1945-ci illərdə  İranın Xoy şəhərində işləmişdir.1945-1949-cu illərdə Azərbaycan Dövlət Tibb institutunda cərrahiyyə kafedrasında assitent vəzifəsində çalişmışdır.1959-cu ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi  alimlik adı almışdır.1970-1975-ci illərdə o, Azərbaycan Dövlət  Tibb  İnstitutunun müəllimi olmuş,1975-ci ildən ömrünün sonuna kimi Bərdə rayon xəstəxanasının baş həkimi  vəzifəsində çalışmışdır.  

 

 Xırda Bəhlul gıızı Şadlinskaya- müəllim.

    

 1926-cı ildə Qərbi Azərbaycanda anadan olmuşdur.Xüsusi komissiyanın rəyi ilə orta məktəbin birinci sinfini oxumadan ikinci sinfə ğötürülmüşdür.Orta məktəbi bitirdikdən sonra Qərbi Azərbaycanda (indiki Ermənistanda) Azərbaycan dilində yeğanə ali məktəb olan İrəvan ikiillik Pedogoji İnstitutunda  oxumuş və həmin məktəbi bitirərək pedoqoji fəaliyyətə başlamışdır. 1951-ci ildə deportasiya ilə əlaqədar olaraq Bərdə rayonuna köçürülmüşlər.Bərdə rayonunda müəllimlik etməklə yanaşı Azərbaycan Dövlət Pedoqoqji İnistutunda təhsilini qiyabi yolla davam edtirərək oranın Dil-Ədəbiyyat fakultəsini bitirmişdir.1972-ci ildə Bərdə şəhər 4 saylı orta məktəbinə direktor təyin edilmiş və 20 il həmin vəzifədə çalışmışdır.

 Respublikanın Əməkdar müəllimi Xırda Şadlinskaya 1976 –ci ildə “ “Şərəf nişanı”ordeni ilə təltif olunmuş, 1998-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “ Fəxri Fərmanı” nı almışdır.

 

Tərlan Həsən qızı  Musayeva- Mexanizator.

 

       1955-ci ildə Yanvarın 22-də Bərdə rayonunun Kələntərli kəndində kolxozçu ailəsində anadan olub. 1972-ci ildə orta məktəbi bitirdikdən sonra sənədlərini Bərdə 105-saylı kənd Texniki peşə məktəbinə vermiş, 1973-cü ildə oranı bitirərərək sürücü -mexanik kimi əmək fəaliyyətinə başlamışdır.”Qırmızı əmək bayrağı”, və  “Xalqlar dostluğu” ordenləri ilə təltif edilmişdir.SSRİ Xalq nailiyyətləri sərgisinin bürünc, gümüş, və qızıl medallarını almışdır.1979-1989-cu illərdə X-XI çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir.İşlədiyi müddətdə keçmiş SSRİ-nin və Azərbaycanın müxtəlif təşkilatlarının ,orqanların Ali məclislərinə ,qurultaylarına nümayəndə seçilmişdir. I ci çağırış Azərbaycan Respublikası Milli məclisin deputatı seçilmişdir.O, Ağdam kənd təsərrüfatı texnikumunun Gəncə Kənd Təsərrüfatı İnistitnun Aqronomluq fakultəsini, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik akademiyasını bitirmişdir.

 

 Yusif  Məmmədgulu  oğlu Məmmədov-metallurq.

    

   1950-ci  ildə Bərdə  rayonunun Mollalı kəndində anadan olmuş,1967-ci   ildə  şəhər 1 saylı  orta məktəbi bitirmişdir.Həmin il Azərbaycan Dövlət Politexnik İnstitutuna  daxil olmuşdur.1972ci ildə  oranı bitirmiş,Ordu sıralarında  xidmət etmişdir.1974-77-ci illərdə Ukrayna Respublikasının Jdanov Metallurgiya İnstitutunun İstehsalatdan ayrılmaqla Aspiranturasında oxumuşdur.1979-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək   texnika  elmləri namizədi alimlik  dərəcəsini almışdır.

         1993-cü ildə isə Moskvada SSRİ EA-nın  “Riyaziyyat və Mexanika” İnistutunda müvəffəqiyyətlə doktorluq dissertasiyasını müdafiə etmişdir.1977-80 ci illərdə Qorki Dövlət Universiteti nəzdindəki “Müxanika Elmi tədqiqat” İnistutunda işləmiş və 1980-ci ildən ömrünün sonuna qədər Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnistutunda kiçik elmi işçi  vəzifəsindən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir.Professor Y.M.Məmmədov  50-dən artıq  elmi məqalənin  və bir neçə  monoqrafiyanın müəllifidir.

O, 1993-95- ci illərdə inistitun nəzdində  yaradılmış ixtisaslaşdırılmış müdafiə  şurasının elmikatibiolmuşdur.O, dəfələrləxarici ölkələrə (Almaniya, Çexoslovakiya,Polşa , İran vəs.)keçirilən mexanika  və tətbiqi riyaziyyat sahəsində ,elmi məclislərdə  müxtəlif mövzularda  məruzələrlə  çıxış etmiş, respublikamızılayiqincə təmsil etmişdir.

Professor Y.M.Məmmədovun apardıgı elmitədqiqat işləri əsasən deformasiya olunan bərk cism” mexanikası  və müasir  hesablama  mexanikası” sahələrinə aiddir.Bu sahələrdə o , güclü elmi nəticələr almış və bu nəticələr  dünyanın  bir çox ölkələrinin uygun  elmi  dairələrində  layiqincə qiymətləındirilməkdədir.

    1994-95- ciillərdə Almaniyada  3 ay müddətində mühazirə oxumuş, Avropa Mexanika  cəmiyyətinə üzv seçilmişdir..

    1995- ci il oktyabrın 28-də faciəlisurətdə həlak olmuşdur.

 

Saleh  Hilal oğlu  Hacıyev -əməkdar mühəndis

 

25 oktyabr 1932-ci ildə Bərdə şəhərində anadan olub.1951-ci ildə Yevlax şəhər  orta məktəbini bitirib.Qarabağ Su Tikinti idarəsində yol ustası  işləyib.1952-ci ildə Azərbaycan Dövlət Politexnik İnistituna daxil olub.1957-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub.1968-ci ildə Kür-Araz Su Tikinti ttrestində sahə rəisi kimi işə başlayıb və müxtəlif  vəzifələrdə  işləyib.1971-ci ildə  Azərbaycan SSRİ Kənd Tikinti naziri  təyin edilib.1974-cü ildə isə SSRİ  Su  Təsərrüfatı  Nazirliyinin Azərbaycan SSRİ üzrə Melorasiya Tikintisi idarəsinin  rəisi vəzifəsinə keçirilib.1983-cü ildə  Azərbaycan SSRİ Tikinti Quraşdırma  nazirinin  müavini,1988-ci ildə  isə  Melorasiya və Su Təsərrüfatı  naziri təyin olunub .İşlədiyi müddət ərzində 3 dəfə Azərbaycan SSRİ Ali Sovetinə deputat seçilmiş Azərbaycan KP MK-nın üzvü olmuşdur.Dəfələrlə dövlət tərəfindən müxtəlif mükafatlara layiq görülmüşdür.

      

Abdulla Rəsul oğlu Yusifov

 

         1909-cu ildə Bərdə rayonunun Qarayusuflu kəndində anadan olmuşdur.Əmək fəaliyyətinə 1925-ci ildən fəhləlikdən , Rayon İcraiyyə komitəsinin sədri vəzifəsinə qədər yüksəlmişdir.

1943-cü ildən açılmış Bərdə rayon ilk Maşın-Traktor stansiyasının direktoru vəzifəsində  çalışmış, bundan sonra 1957-ci ildə ilk kolxozlar arası tikinti idarəsinə rəhbərlik etmişdir.1964-cü ildə Bərdə rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir və bundan əlavə bir çox rəhbər vəzifələrdə çalışmış, rayonun inkişaf etməsində çox böyük əmək fəaliyyətli olmuşdur.Abdulla Yusifov əmək fəaliyyətinə görə “Qırmızı əmək bayrağı”, “Böyük Vətən müharibəsi” ordenləri, “Qafqazın müdafisəi”, Almaniyanın qələbəsi uğrunda 1941-45-medalları ilə təltif olunmuşdur.1973-cü il sentyabr ayının 9-da vəfat etmişdir.

 

Cahid Fərrux oğlu

 

       1929-cu ildə Bərdə rayonu Lək kəndində anadan olub, 1946-47-ci ildə Bərdə şəhər 3 saylı orta məktəbi bitirib.1961-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olub.1967-ci ildə hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirib.1969-1974-cü illərdə Kəlbəcər rayonu prokurorluğunda baş müstəntiq  vəzifələrində işləyib.Bunlardan əlavə Cahid müəllim bir çox rayonlarda öz sevimli peşəsində çalışaraq bütün var qüvvəsini xalq yolunda sərf etmişdir.1985-ci ildə vəfat etmişdir.

 

Telman İmran oğlu Aslanov

 

20 avqust 1946-cı ildə Bərdə rayonunun Məşədiibişli kəndində anadan olmuşdur.1965-ci ildə Bərdə şəhəri 1 saylı orta məktəbi bitirmişdir, həmin ildə APİ-nin “Metalurgiya”fakultəsinə daxil olmuş və “Əlvan metalların metalurgiyası”ixtisasına yiyələnmişdir.(1970-ci il)

1970-1972-ci illərdə Lənkəran diviziyasında tağım komandiri vəzifəsində hərbi qulluqda olmuşdur.

1972-82-ci illər ərzində Neft Maşınqayırma Elmi-Tədqiqat və Layihə Konstruktur inistutunda (o zamankı BNİİPT Neftemaş)elmi işçi vəzifəsində işləmişdir.

1982-ci ildən AMİN-nin “Metalşünaslıq  və maşın mexanikası” kafedrasında asistent, baş müəllim, dossent vəzifələrində işləmişdir.

“Müxanikləşdirmə və avtomatlaşdırma”fakültəsində dekan müavinidir.

         1982-ci ildə Moskva şəhəri Qubkin adına Neft –Kimya və Qaz Sənayesi inistutunda namizədlik dissertasiyasını müdafiə edib.Texnika elmlər namizədi adını alıb.

42 elmi əsəri, 3 metodik göstərişi, bir dərs vəsaitini (Qarşılıqlı əvəzolunmaz, standlaşdırma və texniki ölçmələr)bir dərsliyin(Metallar texnologiyasının əsasları və tikintidə qaynaq  işləri”) müəllifidir.

Hal-hazırda “Metalların mexaniki xassələri və möhkəmləndirilməsi”dərsliyi üzərində işləyir.

 

Qabil Saleh oğlu Seyidov-Müəllim.

 

         17 may 1929-cu ildə Bərdə rayonunun Lənbəran kəndində anadan olmuşdur. Şəhər 1 saylı orta məktəbi bitirmiş,  1948-ci ildə ADU-ya daxil olmuş, 1952-ci ildə həmin universitetin Məntiq və Psixoloigiya şöbəsi izrə tam kursu bitirmişdir. Elə həmin il Ağdam Müəllimlər İnstititutuna baş müəllim təyin olunmuş, 1954-cü ildə həmin institut H.B. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Nuxa (indiki Şəki) filialına köçürülmüşdür. Elə həmin ildən orada  baş müəllim vəzifəsində çalışmışdır.    Az müddətdən sonra  filialın ləğv edilməsi ilə əlaqədar o, Gəncə Dövlət Pedaqoji İnstitutunda   məntiq və fəlsəfə ixtisası üzrə baş müəllim vəzifəsində işləımişdir.

         1959-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət universitetinin fəlsəfə fakültəsinin bir illik aspirantı olmuş və 1961-ci ildə “Dil və abstrakt təfəkkür” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, Fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. Seyidov 1970-ci ildə Ümumdünya filosoflarının Berlin konqresinin, 1979-cu ildə Bolqariyanın Varma şəhərində Ümumdünya filosoflarının XX konqresinin iştirakçısı olmuş, hər iki konqresin bölmə yığıncağında çıxış etmişdir.

         Professor Q.S.Seyidov  “İdrak nəzəriyyəsi və müasir elm” mövzusunda geniş həcmli monografiyani və “Məntiq” adlı dərsliyi yazmışdır.

         Q.S.Seyidovun yerli və mərkəzi mətbuat orqanlarında 100-dən çox əsəri dərc olunmuşdur

 

Rüzgar Salman qızı Əfəndiyeva- Şairə

 

         1947 –ci il, mayın 9-da Bərdə şəhərində anadan olub. 1965-ci ildə orta məktəbi bitirirərək ADU-nun filologiya fakültəsinə daxil olmuş, 1970-ci ildə orani bitirmişdir. 1970-74-cü illərdə Bakı şəhər 248 saylı orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən “Maarif” nəşriyyatında çalışmışdır. Hazırda redaksiyanın rəhbəridir. 6 şer, 10 bədii-publisistik kitabın müəllifidir. 1997-ci ildə “Araz”adli ədəbi mükafatına, 1999-cu ildə “Heyran xanım” adına diploma layiq görülmüşdür. ”Xan qızı” mənzum pyesin müəllifidir.

         Bəstəkar Vasif Adıgözəlovun “Natəvan” operasının ariya və duetlərinin mətnini yazmışdır.

         1988-ci ildən Yazıçılar Birliyinin, 1994-cü ildən isə Jurnalistlər Birliyinin üzvüdür.

 

Ələkbər bəy Bahadur bəy oğlu Qalabəyov
-Sankt-Peterburq Universitetinin məzunu, polis pristavı Həyatı Ələkbər bəy Bahadur bəy oğlu 1889-cu ildə Cavanşir qəzasının Əyricə kəndində anadan olmuşdu. Şuşa real məktəbini, sonra gimnaziyanı bitirmişdi. Sankt-Peterburq Universitetinin hüquq fakültəsinə daxil olmuşdu. Universiteti tamamlayandan sonra Yevlax nahiyəsində polis pristavı vəzifəsində işə başlamışdı.AXC dönəmində Qarabağın ictimai-siyasi həyatında mühim rol oynamışdı.O, 1920-ci ildə bolşeviklər tərəfindən öldürülüb. Ələkbər bəy Simuzər xanım İsmayıl bəy qızı Qalabəyova ilə həyat qurmuşdu. Zülqədər bəy adlı oğlu, dilbər xanım adlı qizi vardı.

Vəzirov Cümşüd bəy Yusif bəy oğlu - müəllim, məmur.
Cümşüd bəy Vəzirov 1877-ci ildə Cavanşir qəzasının Zümürxan kəndində anadan olmuşdu. Orta təhsil almışdı. Öncə Zəngəzur qəzasında müəllimlik etmişdi. Sonra 1916-cı ilədək Orlovo-Denisovka nahiyəsinin pristavı olmuşdu. Onun pristavlığı dönəmində bir neçə hadisə baş vermişdi. Cavanşir qəzasının Qarapirim kəndinin əhalisi Məhərrəm bəyin torpağını zəbt etmişdi. Mülkədarın şikayəti nəticəsində hadisə yerinə strajniklər göndərilmişdi. Arxiv sənədlərində yazılır: "Qarapirimlilərin "kişilərdən və əsasən qadınlarından ibarət olan böyük bir dəstəsi... pristavı və onun dəstəsini daşa basdılar. Onlardan bəziləri isə... bağda gizlənərək tüfəngdən atəş açmağa başladılar. Pristav öz dəstəsi ilə geri çəkilərək bağı atəşə tutmağa başladı. Pristav kəndlilərin başçısını tutduğu zaman strajniklərin atəşinə baxmayıb, "vur!" - deyə bağıraraq onların üzərinə düşdülər, tutulmuş kəndliləri geri aldılar".
Cümşüd bəy Vəzirovun pristavlığı vaxtında baş vermiş hadisələrin icmalı:
"Mülkədar Vəlibəyovların xalası oğlu olan pristav Cümşüd bəy Vəzirov öz qoyunlarını yataq yerindən çıxarmağı Qarapirim kəndlilərdən tələb etdikdə, kəndlilər 60-70 nəfərlik (bunların əksəriyyəti qadın idi) bir dəstə ilə ağac, bel və dəmir yabalarla pristav və strajniklərə tüfənglərdən atəş açdı. Qəzəblənmiş kəndlilərin təzyiqi altında pristav və strajniklər atışı-atışa geri çəkiləsi oldular. Onlar toqquşma zamanı baş verən qarışıqlıqdan istifadə edərək 16 kəndlini həbs etdilər". Pristav Vəzirov 25 strajniklə birlikdə torpaq uğrunda mülkədarlara qarşı mübarizə aparan Qarapirim kəndlilərinə divan tutmaq, kəndlilərin evlərini qarət etməklə, onları döymək və öldürməklə hədələyirdi. Hökumət orqanlarının özbaşınalığı, hədəsi ilə əlaqədar olaraq Qarapirim kəndliləri qaçıb başqa kəndlərdə gizlənirdilər. Mühafizəsiz əhaliyə qarşı hücuma keçən çar hökumət orqanları Cavanşir qəzası kəndlərini axtararaq, Qarapirimdən qaçmış qadın və uşaqları həbs edirdilər. Cümşüd bəy Vəzirov 1916-cı ildən 1918-ci ilədək Hindarx kəndində [[Fərrux bəy Vəzirov]un mülkündə darğa işləmişdi. Azərbaycan Demokratik Respublikası dönəmində müxtəlif vəzifələrdə çalışmışdı. Sovetləşmə başlayanda milis, sonralar tədarükçü olmuşdu. O, 1931-ci ildə Bakı şəhərində vəfat edib.
Cümşüd bəy Vəzirov öncə Nənəş xanım Qəhrəman bəy qızı Tağıyeva ilə evlənmişdi. Bu evlilikdən Firdovsi və Firuzə xanım adlı qızları olmuşdu. Sonra qohumu Teymur bəy Vəzirovun qızı Əzizə xanımla ailə qurmuşdu. İkinci evlilikdən üç oğlu olmuşdu. Böyüyü Ənvər bəy sağ qalmış, sonradan olan Əsgər bəy adlı uşaqları körpə yaşlarında tələf olmuşdular. Cümşüd bəy üçüncü dəfə Kərim bəy Mehmandarovun qızı Zəhra xanımla evlənmişdi. Zəhra xanımdan Firuz bəy adlı oğlu vardı.

Sədallah əl-Bərdəi şair, dilçi alim
Orta əsrlər Şərqinin tanınmış dilçi və şairi Sədəddin Sədallah əl-Bərdəi müasir Qarabağ ərazisində yerləşən Bərdə şəhərində anadan olub. V əsrdən etibarən Qafqaz Albaniyasının paytaxtı olmuş və sonralar da Azərbaycanın mədəni və ticarət mərkəzi kimi öz əhəmiyyətini itirməmiş bu məşhur şəhərdən bütün Yaxın Şərqdə məşhur olmuş bir çox tanınmış alimlər çıxmışdır.
Bərdəinin həyat tarixçəsi barədə məlumat o qədər kasaddır ki, hətta onun hansı illərdə yaşadığı da indiyəcən müəyyənləşdirilməyib. Dövrümüzə qədər gəlib çatmış nisbətən daha qədim əlyazmalarına əsaslanan alimlər təqribi şəkildə əl-Bərdəinin XIV əsrin sonu - XV əsrin əvvəllərində yaşadığını göstərirlər.
Əl-Bərdəinin iki əsəri məlumdur. Bunlardan biri görkəmli dilçi İzzəddin əz-Zəncaninin "Ət-Təsrif" əsərinə, o birisi isə bütün dövrlərin ölməz dilçisi əz-Zəməxşərinin "Əl-Ənmüzəc fi-nnəhv" ("Nümunəvi qrammatika") əsərinə yazılmış şərhdir. Sədallah əl-Bərdəinin əz-Zəməxşərinin adı çəkilən əsərinə verdiyi "hədaiq əddanain fi şərhi risalət əl-lamatəl-hənaiq" adlı şərhi ona şöhrət gətirmişdir. Bərdəi öz şərhinin əvvəlində yazırdı:
"Dünyanın heç bir yerində tayı-bərabərincə əsər yazılmamış və tərifinə dillərin aciz qaldığı "Əl-Ənmüzəc" adlı məşhur risaləni gördükdən sonra mən onun üzündən niqabı qaldırmaq, onun ruhunu və gizli sirlərini açmaq, onun xəzinəsində gizlədilmiş ləl-cəvahiratı nümayiş etdirmək, buradakı incə eyhamlara izah vermək, onun özünə bərabər bir hünər göstərmək fikrinə düşdüm."
Əl-Bərdəinin yaradıcılıqından bəhs edən əsərində dilçi alimlərdən N. Ağayeva yazır: "Onun şərhləri nəzəri səciyyəsinə, prinsipinə və təyinatına görə buna bənzər əsərlər arasında müstəsna əhəmiyyət daşıyır. Belə ki, o, şərh əsnasında məntiq, ədəbiyyatşünaslıq, semantika və leksika kimi elm sahələrinin başlıca ehkamlarına əsaslanmışdır." Görünür, əl-Bərdəinin şərhlərinin uzun əsrlər boyunca bütün Qafqazda qeyri-adi kütləvilik qazanması da elə bununla bağlıdır.
 

Afiq Tapdıq oğlu Hüseynov 1962-ci ildə Bərdə rayonunun Arabaçılar kəndində anadan olmuşdur.1977-ci ildə Qaradırnaq kənd orta məktəbin 8-ci sinifini bitirdikdən sonra Bakıda fizika-kimya təmayüllü orta məktəbdə oxuyub.Məktəbi fərqlənmə attesatı ilə bitirrərək Moskva Universitetinin pediator (uşaq xəstəlikləri) fakültəsinə daxil olub .Universiteti bitirdikdən sonra 1985-ci ildən Moskvada Uşaq xəstəlikəri və uşaq cərrahiyəsi elmi-tədqiqat inistutunda çalışmağa başlayıb.1988-ci ildə modilyer-bioloji və Membranoloji üzrə doktorluq dissertasiyasi müdafiə edib.1992-ci ildə Afiq Hüseynov Türkiyənin Egey Universitetindən dəvət almışdır.Dünyanın 97 ökləsində onun elim məqalələri dərc olunmuşdur. Professor doktor Afiq Bərdəli böyrək çatışmazlığına yol açan “Nevrotik Sindrom”xəstəliyinin növlərini və hansı müalicənin aparılmasının vacibliyini ortaya çıxarmış və adı “ Bərdəli mutasyonu” kimi dünya tibb ədəbiyyatına düşmüşdür.


Lənbəranski Əliş Cəmil oğlu dövlət xadimi, əməkdar mühəndis
      Ləmbəranski Əliş Cəmil oğlu 1914-cü ildə Ağdam uezdindəki Ləmbərli kəndində anadan olmuşdur, azərbaycanlıdır.

      Bakı məktəblərində oxumuş, ali təhsil almışdır. Bakıdakı Azərbaycan İndustrial İnstitutunu neft-ayırma ixtisası üzrə 1936-cı ildə bitirmişdir.

      Əmək fəaliyyətinə neftayırma zavodunda işçi kimi başlamışdır.

      1936-ci ildə neftayırma sexində işçi, 1937-ci ildə sex başçısının köməkçisi, 1937-38-ci illərdə sexin zam nacalniki, müxtəlif texnologiyalar sexində nacalnik, 1939-cu ildə sexin qocaman mühəndisi, 1939-40 cı illərdə Ukrayna SSR-dən hərbi xidmətə çağırılmış, 497-ci atıcı polkunun kiçik leytenantı olmuşdur. Qərbi Ukraynada döyüşlərdə iştirak etmiş, Bessarabiyanin və Şimali Bukovinanın azad olunmasında iştirak etmişdir.

      1940-41-ci mütəxəssis kimi təxris olunmuş, zavodda mühəndis və sonra baş mühəndis kimi çalışmışdır.

      1941-ci ildə ordu sıralarına çağırılmışdır. Polkun mühəndis xidmətləri nacalniki, Vətən müharibəsi iştirakçısı.

      1942-43-cü illərdə Rostovda döyüş zamanı dörd güllə yarası almış və ağır yaralanmışdır. Yaralı halda Don çayını üzərək keçmiş və sahəyanı tibb məntəqəsi tərəfindən götürülmüşdür.

      1943-cü ildə Böyük Vətən müharibəsi əlili

      1943-44-cü illər Caparidze adına zavodun baş mühəndisi

      1944-45-ci illər bu zavodun direktoru.

      1945-47-ci illər Bakıneftzavodun trestinin yönəticisi.

      1947-50-ci illər Qarayev adına zavodun direktoru.

      1950-54-cü illər Azərneftzavodun birləşmiş nacalniki.

      1954-59-cu illər Azərbaycan SSR-in neft emalı nazirliyinin birləşmiş Azneftzavodunun nazir müavini

      1959-66-cı illər Bakqorispalkomun predsedateli.

      1966-70-ci illər Moskvada mikrobioloji emalının baş yönəticisinin 1-ci müavini .

      1970-ci il – Bakı şəhəri. Azərbaycan Nazirlər Şurasının zamestitel predsedatelya 

      Mükafatları: 2 Lenin ordeni, 3 “Qırmızı Əmək Nişanı” ordeni, Vətən müharibəsi ordeni 1-ci və 2-ci səviyyəli, “Xalqlar dostluğu” ordeni, Oktyabr inqilabı ordeni, Dövlət premiyası laureatı medalları Azərbaycan və SSSR-inin, Azərbaycan SSR-in əməkdar mühəndisi, Azərbaycan SSR-inin baş şurasının Fəxri Fərmanları.

      1987-ci ildə Vətən müharibəsi əlili olduğu üçün taqüdə çıxdı.

      Hal-hazırda Sovminin aparatına ümumi şöbəsinə baş mütəxəssis kimi göndərilmişdir. Tağıyev teatrının tikinti – bərpa işləri ona tapşırılmışdır.


Baxşəliyeva Gövhər Baxşəli qızı
      Baxşəliyeva Gövhər Baxşəli qızı 26 noyabr 1954-cü ildə Bərdə şəhərində doğulub. 1972-ci ildə Bakı şəhəri 212 saylı orta məktəbi bitirdikdən sonra elə həmin il Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb bölməsinə daxil olub. 1977-ci ildə ADU-nu fərqlənmə diplomu ilə bitirərək, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq institutuna işə qəbul olunub, baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi, “Şərq filologiyası” şöbəsinin müdiri vəzifələrində çalışıb.

      1993-cü ildən G. Baxşəliyeva Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə director müavini, 1997-ci ildən direktoru vəzifəsində çalışır. 1984-cü ildə namizədlik, 1996-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib. Filologiya elmləri doktoru, professordur. Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. Klassik və müasir ərəb ədəbiyyatı, ərəbdilli Azərbaycan ədəbiyyatı, müqayisəli ədəbiyyatşünaslıq, ədəbi əlaqələr və mənbəşünaslıq üzrə mütəxəssisdir.

      Onun əsərləri keçmiş sovet respublikalarında və ərəb ölkələrində elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb, haqqında mətbuatda yazılar gedib, tədqiqatlarda əsərlərinə istinadlar edilib. 3 monoqrafiya, 5 kitab (“Əbdüssəlam əl-Üceyli. Həyat və yaradıcılığı”, B., Elm, 1989, 5,7 ç.v.; “Bir Məcnun vardı”, B., Yazıçı, 1990, 4 ç.v.; Əbülfərəc əl-İsfahani. “Nəğmələr kitabı”, ərəbcədən tərcümə və şərhlər. B., Elm, 1994, 17,75 ç.v.; “Əbülfərəc əl-İsfahaninin “Nəğmələr kitabı” və klassik Azərbaycan ədəbiyyatı”. Monoqrafiya, B., Elm, 1998, 12 ç.v.; “İlahi eşq dastanları”, B., Maarif, 2001, 23,75 ç.v.; “Hamıdan ucadır alimin yeri”, B., 2003, 20,3 ç.v.; Əbülfərəc əl-İsfahani. “Məcnunun ləqəbli Qeys ibn Müləvvəh və ərəbdilli Azərbaycan şairləri haqqında hekayətlər”. Ərəbcədən filoloji tərcümə, müqəddimə, tədqiqat, şərhlər və göstəricilər, B., Elm, 2007, 23,5 ç.v.; “Müasir Suriya hekayəsi”. B., 2007, 20 ç.v.) və 85 elmi məqalə və məruzlərin müəllifidir. Şərq filologiyası və mənbəşünaslıq sahəsində bir çox əsərlərin elmi redaktorudur. Bir sıra elmi dərgilərin redaktoru və ya redaksiya heyətinin üzvüdür. “Azərbaycan şərqşünaslığı” jurnalının baş redaktorudur.

      G.B. Baxşəliyeva Azərbaycan şərqşünaslıq elmini dəfələrlə xarici ölkələrdə (Rusiya Federasiyası (Moskva, Sankt-Peterburq, Mahaçqala, Simferopol şəhərləri), İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Səudiyyə Ərəbistanı Krallığı, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və s.) ləyaqətlə təmsil edib, elmin aktual problemlərinə dair məruzələrlə çıxış etmişdir. Xarici mətbuatda bir sıra məqalələri nəşr olunmuşdur.

      G.B.Baxşəliyeva şərqşünas kadrların hazırlanmasında yaxından iştirak etmiş, onun bilavasitə rəhbərliyi ilə on bir namizədlik dissertasiyası müdafiə olunmuşdur. 10.01.02. – “Türk xalqları ədəbiyyatı” və 10.01.03 – “Dünya ədəbiyyatı” ixtisasları üzrə Müdafiə Şurasının sədridir. Şərqşünaslıq sahəsində Respublikada aparılan elmi işlərin koordinasiyası üzrə Problem Şurasının sədridir.

      O, pedoqoji fəaliyyətlə də məşğul olmuş, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatı fənni üzrə xüsusi kurs aparmışdır.

      G.B.Baxşəliyeva elm təşkilatçısı kimi də xeyli işlər görmüşdür. Onun İnstituta rəhbərlik etdiyi dövrdə şərqşünaslıq elminin ən müxtəlif sahələrinə aid onlarca tədqiqat hazırlanıb çap olunmuş, bir sıra beynəlxalq və respublika elmi konfrans və simpoziumları keçirilmiş, institutun perspektiv inkişaf planları işlənib hazırlanmışdır. Qədim tarixi ənənələri olan Azərbaycan şərqşünaslığı onun direktorluğu dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İnstitutun profili və aparılan elmi tədqiqatların başlıca istiqamətləri genişlənmiş, Şərq ölkələrinin tarixi, iqtisadiyyatı, ictimai – fəlsəfi fikri, filologiyası, Azərbaycanın Şərq ölkələri ilə tarixi – mədəni əlaqələrinin aktual problemləri, Şərq – Qərb qarşılıqlı münasibətləri kompleks şəkildə tədqiq olunmuşdur.

      G.B.Baxşəliyeva 1997-ci ildə Şərqşünaslıq İnstitutunun çətin bir dövründə direktor olmasına baxmayaraq, öz vəzifəsinin öhdəsindən uğurla gəlmişdir. Onun fəaliyyəti nəticəsində 1990-cı illərin əvvəllərində baş vermiş kadr axınının qarşısı alınmış və istedadlı gənc kadrların cəlb olunması ilə institutun elmi potensialı möhkəmlədirilmişdir. Eyni zamanda institutda şərqşünaslığın ənənəvi klassik istiqamətləri ilə yanaşı Azərbaycan elminin müasir tələblərinə uyğun olaraq yeni tədqiqat sahələrinin inkişafına diqqət yetirilməyə başlanmışdır. Bu məqsədlə institutun strukturunda dəyişikliklər aparılmış, yeni şöbə və elmi qruplar yaradılmışdır. G.B.Baxşəliyevanın rəhbərliyi ilə son illərdə institutun beynəlxalq elmi əlaqələri xeyli genişlənmişdir. ABŞ, Almaniya, Hollandiya, Çin, Rusiya, Türkiyə, Ərəb ölkələri, İran, Özbəkistan, Qazaxıstan və sairə bu kimi bir sıra xarici ölkələrdəki şərqşünaslıq mərkəzləri ilə fəal elmi mübadilələr həyata keçirilmişdir.

      G.B.Baxşəliyeva 5 noyabr 2000-ci ildə 57 saylı Bərdə - Ağcabədi seçki dairəsindən Azərbaycan Respublikasının II çağırış Milli Məclisinə deputat seçilmişdir. 2001-ci ilin iyun ayından 2005-ci ilin dekabr ayınacan Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini olub. Milli Məclis sədrinin müavini kimi sosial qanunvericiliyə kuratorluq edib. 2005-ci ilin noyabr ayında III çağırış Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. Milli Məclisin Elm və Təhsil məsələləri üzrə daimi komitəsinin üzvüdür. Azərbaycan Respublikası Milli Məclisinin İslam Konfransı Təşkilatı Parlament İttifaqında nümayəndə heyətinin rəhbəridir. İKT Pİ İcraiyyə komitəsinin üzvüdür. O, bir sıra səfərlərdə Azərbaycan Respublikasının Milli Məclisinin nümayəndə heyətinə rəhbərlik edib (Misir Ərəb Respublikası, Almaniya Federativ Respublikası, Norveç Krallığı, Fransa, Böyük Britaniya, İtaliya), çoxsaylı görüşlər keçirib, Azərbaycanın nailiyyətləri, üzləşdiyi problemlər və gələcək əməkdaşlıq perspektivləri haqqında geniş fikir mübadiləsi aparıb. Azərbaycan Parlamentini bir sıra beynəlxalq sessiya və konfranslarda təmsil edib (Qərbi Avropa İttifaqının Parlamentlərarası Assambleyasının 51-ci sessiyası, Paris, may, 2005; Bərpaolunan enerji ehtiyatlarından istifadə, Bonn, may, 2004; Uşaq haqlarının müdafiəsinə həsr olunmuş ümumdünya qadın parlamentarilərin konfransı, Roma, oktyabr, 2004; Beynəlxalq davamlı enerji günləri çərçivəsində keçirilən və enerji təhlükəsizliyinə həsr olunmuş beynəlxalq konfrans, mart, 2006, Avstriya, Uels ş.; 2006-cı il Aprelin 8-13 İstanbulda İKT Parlament İttifaqının VIII sessiyası və konfransı; 2006-cı il 6-11 sentyabr Liviya – Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Liviyaya səfər; İKT Parlament İttifaqının İX sessiyası və konfransı, Qahirə, fevral, 2007; İKT Parlament İttifaqının X sessiyası, Malaziya, Kuala – Lumpur, 2008; İKT Parlament İttifaqının fövqəladə sessiyası, İstanbul, sentyabr, 2008; İKT Parlament İttifaqının Xİ sessiyası, Niger, Niamey ş, fevral, 2009; BMT-nin  “Sivilizasiyaların alyansı”, İİ forum, İstanbul, aprel, 2009 və s.)



Şahsuvarlı Taleh Novruz oğlu - yazıçı, jurnalist, seçki texnoloqu, QHT sədri.
Taleh Şahsuvarlı 10 mart 1977-ci ildə Bərdə rayonunun Qazıqurdalı kəndində anadan olub. Bakı Dövlət Universitetin tarix fakültəsinin və Yasamal rayonundakı 20 saylı orta məktəbin nəzdində təşkil olunmuş Respublika Tarix Litseyini ekstern yolla bitirib. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində ali təhsil alıb. 1995-ci ildən jurnalistika sahəsində çalışır. Azərbaycanda ilk müstəqil tələbə qəzetinin naşiri, mətbuat tarixində ən gənc qəzet baş redaktoru olub. "Seçki mübarizəsi" adlı elmi monoqrafiyanın müəllifidir. Azərbaycanın tanınmış siyasi analitiki və liberal düşüncənin əsas müdafiəçilərindən biridir. 2002-ci ildən "Pragma" İctimai Siyasət Mərkəzinin direktorudur. "Canlanma" müəllifin ilk bədii əsəri və Azərbaycanda ilk tarixi metaromandır.

Kərim Kərəm oğlu Şükürov- Bakı Dövlət Universitetinin Dosenti Kərim Şükürov
1956-cı ildə Bərdə şəhərində anadan olmuşdur. 1972-ci ildə Bərdə şəhər 1 saylı orta məktəbi bitirmiş, Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1977-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş təyinatla Bərdə rayonuna gəlmişdir. O, 1 saylı orta məktəbin director müavini, rayon komsomol komitəsinin ikinci katibi vəzifəsində işləmiş, şəhər sovetinin deputatı seçilmişdir. 1980-1983-cü  universirtetin aspiranturasını bitirib, universitetə müəllim təyin olunmuş, tarix fakültəsinin dekan müavini və Azərbaycanın tarixi demoqrafiyası elmi-tədqiqat  laboratoriyasının müdiri işləmişdir. 1984-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 3 kitabın, 100-dən çox elmi və publisistik məqlənin müəllifi, orta və ali məktəblər üçün Azərbaycan tarixi dərsliklərinin müəlliflərindəndir.Hazırda Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosentidir.

Adil Xamməd oğlu Məmmədov-ATU-nun M.Nağıyev adına Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının 4-cü cərrahi şöbəsi nəznində yerləşən ümumi cərrahlıq kafedrasının asistenti, 25 elmi əsərin müəllifidir.
Adil Xamməd oğlu Məmmədov 1968-ci ildə Bərdə rayonunun Mustafaağalı kəndində anadan lmuşdur. 1985-ci ildə Bakı şəhər 5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbini bitirib.1985-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1987-1989-cu illərdə Tambov, Kalininqrad şəhərlərində SSRİ Silahlı Qüvvələri sırasında hərbi xidmətdə olub. 1993-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.O, sonrakı elmi-tədqiqat işlərini davam etdirmək üçün ümumi cərrahlıq kafedrasında     klinik ordinaturada saxlanılıb. 1995-1998-ci illərdə həmim kafedrada aspirantura keçib 1999-cu ildə “Qida borusunun və mədənin kimyəvi yanıqlardan sonrakı ağrlaşmaların cərrahi müalicəsi” mövzusunda disertasiyasını müvəffəqiyyətlə başa catdirıb və tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. Hazırda ATU-nun M.Nağıyev adına Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının IV cərrahi şöbəsi nəzdində yerləşən Ümumi cərrahlıq kafedrasının asisenti, 25 elmi əsərin müəllifidir.

Hüseyn Bayram oğlu Ağayev.
1926-cı ildə Bərdə rayonunun Xəsilli kəndində andan olmuşdur. Müharibəyə qədər Xanağalı kənd orta məktəbidə oxuyub.  Müharibə dövründə kadr  çatışmamazlığı ilə əlaqədar olaraq kadr  hazırlığı məktəbində oxuduğu zaman hazırlaşıb içtahan verib 10-cu sinfi bitirib.
Müharibə zamanı Bəcrəvan kəndində kəlxozda mühasib işləyib. 1951-ci ildə kənd sovetinin sədri, 1952-ci ildə Rayon Partiya Komitəsinin göndərişi ilə MTS-in müdiri işləyb.
1955-ci ildə Azərbaycan kolxozunun sədri vəzifəsində işləyib. Onun işlədiyi dövrdə Azərbaycan kolxozu “Lenin” ordeni almışdır.
1960-cı ildə qiyabi yolla Gəncə şəhəri Azərbaycan Kənd Təsərrüfatı institunun zootexnik fakültəsini bitirib.
Hüseyn Ağayev 1980-cı ildən Moskva kolxozunun sədri vəzifəsində işləmişdir.
İşlədiyi meddət ərzində 3 dəfə Lenin ordeni,  Qırmızı Əmək Bayraöı ordeni, Şərəf Nişanı ordeni alıb. 1974-1983-cü illərdə Azərbaycan Ali Sovetinin çağırışı ilə Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.
 H.Ağayev 2000-ci ildə vəfat etmişdir.

Cümşüd Qulu oğlu İbrahimov.
1929-cu idə may ayının 25-də Bərdə rayonunun Qılınclı kəndində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitunu (indiki Neft Akademiyası) 1953-cü ildə bitirdikdən sonar Respublikanın müxtəlif qazma təşkilatlarında mühəndis vəzifəsində və rəhbər vəzifələrdə çalışmışdır.1963-cü ildə Şirvanneft neft mədənləri dairəsində baş mühəndis, 1968-ci ildə “Azərneftkəşviyyat” trestinin direktoru, 1970-1982-ci illərdə “Azərneft” birliyi baş direktorunun müavini və 1982-ci ildən isə “Xəzərdənizneftqaz” istehsalat birliyi baş direktorunun müavini vəzifəsində işləyib.
C.Q.İbrahimov ona tapşırılan bütün sahələrdəki içləri layiqincə yerinə yetirmiş, ona göstərilən bütün etimalları doğrultmuş, işçilərə və özünə tələbkarlıqla yanaşmışdır.
C.Q.İbrahimov quru və dənizdə neft və qazın kəşfinə və işlənməsinə böyük zəhmət sərf etmişdir. Onun bilavasitə rəhbərliyi ilə quruda “Kürşəngi”, dənizdə isə “Azəri” Çıraq və “Kəpəz” kəşf edilmişdir. C.Q.İbrahimov xidmətlərinə görə iki dəfə “Sərəf nişanı” ordeni ilə təltif olunmuşdur. O, Azərbaycan respublikasının əməkdar mühəndisi fəxri adına layiq görülmşdür.
1988-ci ilin iyul ayının 30-da, həyatının 60-cı ilində Respublikanın əməkdar mühəndisi, neft hasilatı sənayesinin aparıcı mütəxəssisi, “Xəzərneftqaz” istehsalat birliyi baş direktorunun müavini C.Q.İbrahimov vəfat etmişdir.
1989-cu il aprelin 27-dən Xəzər sularında “Cümşüd İbrahimov” mühəndis-geoloji gəmisi üzür.

 

Qazi Məhiəddin Bərdəi görkəmli dövlət xadimi.

            Qazi Məhiəddin Bərdəi XIV əsrin ortalarında yaşamışdir. O dövr Azərbaycanda daxili və xarici vəziyyətin kəskinləşdiyi, feodal müharibələrin şiddətləndiyi bir vaxta təsadüf edirdi. Məhiəddin Bərdəinin əsas məqsədi Azərbaycanı köcəri-monqol feodallarının apardığı ara müharibələrə meydan olmaqdan qorumaq, daxili ziddiyyətlərin kəskinləşməsinə yol verməmək və öz xalqını Cobani feodallarının zülmündən xilas etmək idi. Mənbələrin yazdığına görə Məhiəddin Bərdəi daxili vəziyyətin kəskinləşdiyi bir zamanda (1344-cü il) Cobani əmiri Əşrəfin fars vilayətindəki Təbrizə yürüş etməməsinə çalışır. Lakin Azərbaycani əldən vermək istəməyən Məlik Əşrəf Təbrizə gəlir, xalq kütlələrinin mügavimətini çətinliklə qırır, Təbriz üsyanını yatırır və hakimiyyəti ələ alır. Güclü iqtisadi əsasa və hərbi qüvvəyə malik olan Cobani feodallarını devirmək üçün başqa yollar axtarmaq lazım idi. Bunu dərindən dərk edən Məhiəddin Bərdəi Qıpçaq (Qızıl Orda) dölətinin yardımından istifadə etməyi qərara alır. Bu məqsədlə o 1356-cı ildə nümayəndələrlə birlikdə Qıpçaq dövlətinə gedir. Yerli hakim Cani bəy ilə əlaqə saxlayır və onu Azərbaycana dəvət edir. Məhiəddin Bərdəi bu məqsədlə şirvanşah Kavusla Cani bəyi fikrindən döndərir və Məlik Əşrəfin öldürülməsini məsləhət görürlər. Beləliklə, Azərbaycan Cobani müstəbidinin zülmündən azad olur.

 

Gülşəni Bərdəi şair

Gülşəni Bərdəinin yaradıcılığı XV-XVII əsrlərə-Azərbaycanın ictimai-mədəni həyatının yeni yüksəliş dövrünə təsadüf edir.

 Bərdəi 1426-cı ildə Azərbaycanda anadan olmuşdur.Türk tədqiqtçısı Əhməd Həlminin yazdıqlarından məlum olur ki, Gülşəni Bərdəi 2 yaşında ikən atasını itirmiş, əmisi Seyid   Əlinin himayəsində tərbiyə almış, atasından ona çoxlu kitab qalmışdır.

Gənc yaşlarında Bərdədən Təbrizə gələn Gülşəni XV əsrin filosofu Seyid Yəhya Şirvani Bakuvinin yetirməsi Dədə Ömər Rövşəninin tələbəsi olmuşdur.

Bir müddət Türkiyə və Misirdə yaşamış Gülşəni yerli əhali tərəfindən doğma övlad kimi sevilmişdir. Gülşəninin ədəbi iris ”Raznamə”, “Qəddənnamə”, “Simurqnamə”, Pəndnamə”, “Məsnəviyi-xəfi”, İbn-Əl-Farizin “Qasideyi taiyyə” sinə yazdığı cavabdan və Azərbaycan, ərəb, fars dillərində olan           divanlardan ibarətdir. Əsərləri dünyanın müxtəlif əlyazma xəzinələri və kitabxanalarında mühafizə edilməkdədir. Misirin Xidviyyə, İstambulun Universitet və Millət, Rusiyanın Şərqşünaslıq İnstitutunun Leninqrad bölməsi kitabxanalarında Gülşəni Bərdəinin divanları saxlanılır.

 Gülşəni Bərdəinin şerləri –eşq, məhəbbət, sədaqət, dostluq haqqında himndir. Əsərlərinin dili dövrü ilə həmahəng elmi dil nümunəsi tək diqqəti cəlb etdiyi kimi, sadə xalq danışığına yaxınlığı ilə maraq doğurur.

 

Mühyiddin Məhəmməd Bərdəi filosof, ilahiyatçı və hənəfeylik üzrə hüquqşünas

Mühyiddin Məhəmməd Bərdəini “Görkəmli alim”  adlandıran İbn İmad Həmbəli (1678-?) onun ziyalı ailəsindən çıxdığını, ilk təhsilini atasından aldığını yazır.  Məhəmməd Bərdəi Bərdədən Şiraz və Heart şəhərlərinə gedib müxtəlif elmləri dərindən öyrəndikdən sonar Bursa şəhərinin Əhməd Paşa mədrəsəsində müəllimlik etmişdir.

Azərbaycan mütəfəkkiri məntiq, fəlsəfə və Quranın təfsirinə dair əsərlərin müəllifidir.

Məntiqdən bəhs edən “Kateqoriyalara giriş” kitabının haşiyəsinin əlyazma nüsxələri Sankt Peterburq, Tehran və dünyanın başqa yerlərində saxlanılır. Qahirənin Xiliviyyə kitabxanasındakı nüsxəni xəttat İsmayıl ibn Əli 1641-ci ildə köçürüb qurtqrmışdır. Məhəmməd Bərdəinin bu traktatına orta əsrlərdə “İzahat”  (əl-“Təliqat”)” yazılmışdır.Onun bir əlyazma nüsxəsi Rusiya EA Şərqşünaslıq İnstitutunun Sank Peterburq bölməsindədir.      

 

Baxşəli Baxşəliyev iqtisadçı

           Baxşəli Həsən oğlu Baxşəliyev, keçən əsrin 70 – 80-ci illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Respublikamızda vüsət alan əzəmətli quruculuq işlərinin fəal iştirakçısı olmuş, böyük öndərimizin Azərbaycanın sosial – iqtisadi tərəqqisi və çiçəklənməsi naminə qarşıya qoyduğu bütün vəzifələri öz fəaliyyəti sahəsində şərəf və ləyaqətlə yerinə yetirmişdir. O, mənalı həyat yolu keçmiş, ömrünün son 18 ilini isə Azərbaycan SSR-in maliyyə naziri vəzifəsində xalqına və vətəninə sədaqətlə xidmət etmişdir.

      B.H.Baxşəliyev 1920-ci il avqust ayının 20-də Bərdə şəhərində doğulmuşdur. Əmək fəaliyyətinə 1937-ci ildə başlayan B.H.Baxşəliyev 1940-cı ildən Bərdə rayon maliyyə şöbəsində baş inspektor, baş mühasib, nəzarətçi – müfəttiş vəzifələrində çalışmışdır. 1954-cü ildə Azərbaycan SSR Maliyyə Nazirliyinin mərkəzi aparatına baş nəzarətçi – müfəttiş işinə keçirilmişdir. Sonra Nəzarət – təftiş İdarəsinin şöbə rəisi, Azərbaycan SSR Dövlət Sığorta Baş İdarəsinin rəisi olmuş, 1968-ci ildə isə Azərbaycab SSR Maliyyə nazirinin birinci müavini vəzifəsinə irəli çəkilmişdir. 1970-ci ildən 1987-ci ilədək Respublikanın maliyyə naziri olmuşdur. Təcrübəli maliyyə işçisi, yüksək ixtisaslı mütəxəssis B.H.Baxşəliyev respublikanın maliyyə naziri olaraq özünü bacarıqlı rəhbər, təşəbbüskar dövlət adamı, qabiliyyətli təşkilatçı kimi göstərmişdir. İşlədiyi həmin məsul vəzifədə o, büdcə və maliyyə sisteminin təkmilləşdirilməsi, maliyyə intizamının möhkəmləndirilməsi işinə və bütövlükdə respublikamızın sosial – iqtisadi inkişafına böyük töhfələr vermişdir. Onun hərtərəfli biliyi və yorulmaz fəaliyyəti sayəsində respublikamızda maliyyə, kredit və sığorta sistemi xeyli inkişaf etdirilmiş, SSRİ miqyasında aparıcı mövqe tutmuşdur, Maliyyə Nazirliyi isə dəfələrlə keçici Qırmızı Bayraq almış və Sosialist Yarışmasının Qalibi elan edilmişdir. Respublikada yüksək ixtisaslı maliyyəçi kadrların hazırlanması sahəsində də B.H.Baxşəliyevin əvəzsiz rolu və böyük zəhməti olmuşdur.

B.H.Baxşəliyev respublikanın ictimai – siyasi həyatında da fəal iştirak etmiş, dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Respublika zəhmətkeşləri arasında xalq elçisi kimi böyük nüfuz qazanmışdır. Onun uzunmüddətli məhsuldar fəaliyyəti ölkənin yüksək mükafatları ilə - iki Qırmızı Əmək Bayrağı ordeni, Xalqlar Dostluğu, “Şərəf Nişanı” ordenləri və SSRİ medalları ilə qeyd edilmişdir. Ona həmçinin “Azərbaycan SSR əməkdar iqtisadçısı” fəxri adı verilmişdir.

 

Aslan Fərhad oğlu Vəzirov  Sovet İttifaqı Qəhrəmanı.

             Aslan Fərhad oğlu Vəzirov 1910-cu ildə Bərdə rayonunun  Zümrxaç (İndiki Zümürxan) kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə bitirdikdən sonra 1928-30 cu illərdə Keçmiş SSRR-nin  Leninqrad və Moskva hərbi mühəndislik məktəblərində oxumuşdur.Böyük Vətən üharibəsi başlanandan qurtarana qədər  cəbhədə döyüşmüşdür.Bu müddətdə  O, Zaqafqaziya cəbhəsi şial ordu qrupunun 5-ci Dağ mina mühəndis briqadasının, 3-Ukrayna cəbhəsinin , 51-ci Qirmizi bayraqlı  mühəndis istehkam  briqadasnının , 2-ci Belorusiya  cəbhəsində Baş komandanlığın  1-ci qvardiya  ühəndis –istehkam briqadasının koandiri olmuşdur.

        Qələbə gününü Baltik dənizi sahilində Vismar şəhərində a etişdir.

         SSRİ Ali Soveti rəyasət heyətinin 1945-ci il 29 iyun tarixli fərmanı ilə A.F. Vəzirova “Sovet İttifaqı Qəhrəmanı”  fəxri adı verilişdir.

        1947-ci ildə ordudan təxris edilmişdir. 1948-ci ildən Kaunas , Voronej və Bakıda  müxtəlif vəzifələrdə çalışmışdır.1965-ci ildən  Respublika Müharibə Veteranları Komitəsinin sədri işləmişdir. 4 Qırmızı bayraq ordeni, , 2-ci dərəcəli Kutuzov ordeni, 2-ci dərəcəli Boqdan Xmelnitski ordenin, 2 xarici orden və medallarla təltif edilmişdir.

            O, ömrünün sonuna qədər  respublikanın ictimai və siyasi həyatında , gənclərin hərbi  vətənpərvərlik  tərbiyəsində fəal iştirak etmişdir.

 

Lətif Bəşir oğlu Səfərov

           1920-ci ildə anadan olub .Əslən Bərdədən olan Lətif Səfərov 7 yaşında ikən rejissor Leo Murun “Gilan qızı”filmində çəkilib.Sonralar “Sevil” filmində çəkilən balaca Lətif rejissoru o qədər razı salır ki, növbəti film onun  adı ilə Lətif adlandırılır.1928-1931-ci illərdə “Lətif”, “Şərqə yol” filimlərində uşaq rollarını oynayıb.

            Sonradan xəstələnən Lətif Bakıdan Bərdəyə qayıdır.1931- ci ildə Gəncə Pedoqoji  texnikumunda qiyabi təhsil alıb.1940-cı ildə  Moskvadakı  Dövlət Kinomotoqrafiya inistutuna daxil olub.Müharibə başlayanda yenidən Bərdəyə qayıdıb.1941-1946- cı illərdə burada üəllilik edib.1946-cı ildə Moskvaya  qayıdır və kino təhsilini davam etdiri.

            1950-1963- cü illərdə Azərbaycan kinosuna peşəkar rejissor kimi  gəlir.1 neçə sənədli filmə  quruluş verir.1955- ci ildə “Bəxtiyar ” filmini çəkir. “Qızmar günəş altında”, “Leyli və Məcnun ” filimlərini  çəkir.1958-ci ildə Azərbaycan Kinomotoqrafiyaları İttifaqının sədri seçilmişdir.

            1963-cü ilin 9 dekabr tarixində odlu silahla intihar etmişdir.Buna səbəb onun SSRİ Kinomotoqrafçılar ittifaqının katibliyindən çıxarılması, incidilməsi idi.

            Ölümündən sonra, zaman keçdikcə öz  qiymətini alan Lətif Səfərov rayonumuzda da tez-tez xatırlanır.Hazırda  Bərdə rayon Mədəniyyət  evi görkəmli  rejissor Lətif Səfərovun adın daşıyır.

 

Milli Qəhrəmanlarımız

 

Mirzə Məcid oğlu Məcidov

         Quliyev Mirzə Məcid oğlu.1974 –cü il yanvar ayının 2-də Bərdə rayonunun Saatlı kəndində  kəndli ailəsində anadan olmuşdur.1980-ci ildə Saatlı kənd məktəbinə daxil olmuş, 1991-ci ildə oranı  bitirmişdir. 1991-92-ci illərdə Mingəçevir şəhər 39-saylı texniki Peşə məktəbində təhsil alıb, qaynaqçı peşəsinə yiyələnib.1992-ci ildə Bərdə rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq  Naxçıvan Muxtar Respublikasında  Sədərək bölgəsinə PDM-də tuşlayıcı-atıcı kimi döyüşə göndərilib.1993-cü il iyul ayının 28-də onun qulluq  etdiyi hərbi hissə Ağdam bölgəsinə göndərilir .Bir ay burada döyüşdükdən sonar avqustun 24-də Füzuli bölgəsinə göndərilir.1994-cü il  aprel ayının 25-nə kimi həmin bölgədə vuruşur.Füzuli bölgəsində gedən döyüşlərdə onun atıcı olduğu PDM düşmənin iki tankını, bir texnikasını və xeylo canlı qüvvəsini məhv edir.

25 aprel 1994-cü ildə o, Tərdtər , Ağdərə bölgəsinə göndərilir.Bu döyüşlərdə də öz döyüş maşını ilə düşmənin bir tankənə,  bitr texnikasını və xeyli canlı qüvvəsini məhv edir.         

Döyüşlərdə göstərdiyi Şucaətə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə “İgidliyə görə ”medalı ilə təltif olunub.1994-1995-ci illərdə dövlətçiliyimizin qorunmasında iştirak edib.

4 aprel 1995- ci il tarixli fərmanı ilə “Azərbaycan Milli Qəhrəmanı ” fəxri adına layiq görülüb.1996-cı ilin oktyabr ayından Bakı şəhər Baş Polis İdarəsinin çevik polis alayında polis nəfəri işləyir.

1995-ci ildə Polis Akademiyasına qəbul olaraq  2000-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir.

         

Fariz Çoban oğlu Qəhrəmanov

        Qəhrəmanov Fariz Çoban oğlu.1974-cu il 28 martda  Bərdə rayonunun Xəsili kəndində anadan olub.1191-ci ildə kənd məktəbini bitirib həmin il 47 saylı Peşə Texniki məktəbinə  daxil olub 1992-ci ildə oranı bitirib .Xocalı faciəsindən sonar hərnbi xidmətə getmək üçün Hərbi Komissarlığa müraciət etsə də, hələ yaşının tamam olmadığına  görə onu qəbul etməyiblər.1992-ci ildə Prezident seçkilərindən sonar yenidən müraciət edərək  hərbi xidmətə yola  düşüb.1992-ci il iyun ayından 776 saylı hərbi hissənin tərkibində Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər və Tərtər rayonları uğrunda  döyüşlərdə iştirak edib.1994-cü ilin yanvarında Ağdərə  uğrunda  döyüşlərdə yaralanmış və müalicədən dərhal   sonar Cəbhəyə qayıtmışdır.1995-ci ildə Dövlətçiliyimiz və Suverenliyimiz əleyhinə yönələn “Çevrilişin ”qarşısının olmasında iştirak edib.1995-ci ilin aprel ayında Vətənin müdafiəsində fəal iştirakına görə “Azərbaycanın  Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

1995- ci ilin  iyunundan  1996-cı ilin  dekabırınadək Türkiyədə hərbi təhsil  alıb. “Jandarma və Komanda” məktəbini müvəffəqiyyətlə bitirərək hərbi xidmətini davam  etdirib.1999-cu ildə qiyabi olaraq “Azərbaycan Texniki Universitetinə daxil olmuş və 2002- ci ildə həmin universitetin “Maşınqayırma sənayesində  menecement ” ixtisası üzrə bitirib.

            1999-cu ildə Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olunmuş və Motoatıcı Qoşunlar Komandiri ixtisasına yiyələnməşdir.

            Hazırda 776 saylı hərbi hissədə “Xüsusi Təyinatlı Bölük komandiri  ” vəzifəsində “Kapitan ” hərbi rütbəsində xidmətini davam etdirir.

 

Kərimov Elgiz Kərim oğlu.

          Elgiz Kərim oğlu Kərimov .1971-ci il yanvarın 5-də Bərdə şəhərində  anadan olmuşdur.1978-ci ildə Bərdə şəhər  4 saylı orta məktəbin 1-ci sinfinə getmiş 1988-ci ildə həmin məktəbi bitirmişdir.

            1989-1991- ci illərdə Rusiyanın Sverdlovski şəhərində həqiqi  hərbi xidmətdə olmuşdur.

            Elgiz Xocalı soyqırımından sonar dözə bilməyib silaha sarılır və qeydiyyatdan keçmiş Bərdə özümüzün müdafiə batalyonunda PDM-ə atıcı təyin olunur.Bir çox  döyüşlərdə iştirak edir.Əvvəl Tərtər bölgəsində , sonralar Əsgəran istiqamətində döyüşə göndərilir.

            2 mart 1992-ci ildə səhər saat 05-ə işləmiş həyəcan siqnalı verilir.Düşmən qəfil hücum edərək 17 nəfər döyüşçünü  müasirəyə alır.

            Könüllü olaraq Səfiyar Behbudovla birgə PDM-də düşmən üzərinə hücuma keçərək onları postumuzdan böyük itkiylə geri çəkilməyə vadar edir, döyüşçüləri mühasirədən qurtarırlar.Özləri isə Əsgərana doğru  irəliləyirlər.

“Qara Qaya ”deyilən yerdə düşmənin böyük qüvvəsinə rast gəlirlər, lakin geri çəkilməyərək bərabər olmayan döyüşə atılırlar.

            Bu döyüşdə düşmən tərəfi onların DPM-ni vurur Elgizlə Səfiyar maşını tərk edib döyüşə atılırlar və Elgiz həlak olur.

            Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə göstərdiyi igidlik və sücaətə görə Elgiz Kərimova öldükdən sonra “Azərbaycanın Milli Qəhrəmanı ”adı verilmişdir.

            Məzarı Bərdədəki şəhidlər qəbiristanlığındadır. Oxuduğu şəhər 4 saylı orta məktəb onun adını daşıyır.

 

Behbudov Səfiyar Abuzər oğlu.

             Səfiyar Abuzər oğlu Behbudov .1967-ci il iyun ayının 18-də Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur.Şəhər 6 saylı orta məktəbi bitirdikdən  sonra 1985-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonar komissarlıq tərəfindən zabitlik kursuna göndərilir oranı bitirdikdən  sonar ona kiçik leytenant rütbəsi verilir.

            Milli azadlıq hərəkatının ilk günlərindən hərəkatın ön sıralarında gedir.Bərdə rayonunda özünü müdafiə batalyonunun yaradılmasında böyük köməyi olur.Bərdədə ilk dəfə “Soy”demokratik gənclər təşkilatını yaradır.

            Səfiyar Xocalı soyqırımından bir həftə sonra dözə bilməyib silaha sarılır və qeydiyyatdan keçmiş özünü müdafiə batalyonunda  bölmə komandiri vəzifəsinə təyin olunur.Bir çox  döyüşlərdə iştirak edir, əvvəl Tərtər  bölgəsində döyüşə  başlayır.Sonralar Səfiyar bölməsi ilə birlikdə Əsgəran istiqamətində döyüşə göndərilir.

            2 mart  1992-ci ildə saat  05-ə işləmiş həyəcan siqnalı verilir.Düşmən Səfyargilin postuna hücum  edərək  döyüşçüləri mühasirəyə alır.Bunu eşidən Səfiyar Behbudov öz bölməsi ilə birlikdə PDM-də düşmən üzərinə hücuma keçir və döyüşçülərimizi mühasirədən çıxarır.Özü isə Əsgərana doğru irəliləyir.Qaraqayada Səfiyar düşmənin böyük qüvvəsinə rast gəlir.Lakin geri çəkilmir, bərabər olmayan döyüşə atılır.Bu döyüşdə Səfiyarın PDM-ni vurular.

            Səfiyar sol tərəfindən yaralanır və yaralı vəziyyətdə əsir düşərək çox işgəncələrə məruz qalır.Ancaq düşmən ondan heç bir məlumat ala bilmir.Quduzlaşmış  düşmənlər Səfiyarın əl-ayağını bağlayıb üstünə neft  tökərək diri-diri yandırırlar.

            1992-ci il iyunun 7-də Azərbaycan Respublikası  Prezidentinin fərmanı ilə Səfiyar Abuzər oğlu Behbudova “Azərbaycanın Milli  Qəhrəmanı”fəxri  adı verilmişdir.

            Məzarı Bərdə rayonunun Mollalı kəndindədir.

              Şəhər 6 saylı  orta məktəb onun adını daşıyır.

 

Əkbərov Hacı Məmməd oğlu.

       Əkbərov Hacı Məmməd oğlu 1898-ci il dekabrın 5-də Bərdə rayonu qılınclı kəndində anadan olmuşdur. Qori Gürcü gimnaziyasında təhsil almışdır. Gimnaziyanı bitirdikdən sonra universitete daxil olmuşdur, iki fakültə bitirmişdir. Şərq və hüquq fakültələrini. O, İstisu istirahət mərkəzinin ilk mühəndis və direktorlarından biri olmuşdur. Orda işləyərkən o, Bakıya qayıdır və burda öz peşəsi üzrə işləməyə başlayır. Ömrünün sonuna qədər Azərbaycan Respublikası Hüquqşünaslar kollegiyasının üzvü olaraq işləyir. 1971-ci ildə vəfat etmişdir.

 

Əkbərov Rasim Hacı oğlu.

       Əkbərov Rasim Hacı oğlu 21 dekabr 1927-ci ildə Bakı şəhərində anadan olub. 1934-1944-cü illərdə 134 saylı orta məktəbdə təhsil alıb. 1947-ci ildə orta – ixtisas təhsili alıb və həmin il S.M.Kirov adına ADU-nun hüquq fakültəsinə qəbul olub. 1952-ci ildə hüquqşünas ixtisası ilə qeyd olunan universiteti bitirib.

      1952-1954-cü illərdə Nərimanov rayonunun müstəntiqi vəzifəsində çalışıb.

      1954-1957-ci illərdə (Orcenikidze) Suraxanı rayonunun prokuroru vəzifəsində çalışıb. 1957-1958-ci illərdə Bakı şəhər prokurorluğunun istintaq rəisi vəzifəsində işləyib. 1958-1969-cu illərdə Xətai rayonunun (Şaumyan) prokuroru vəzifəsində çalışıb.

      1969-1977-ci illərdə Nəsimi rayo prokuroru vəzifəsində çalışıb. 1977-ci ildə Azərbaycan SSR-i vəkillər kollegiyasının üzvü olub. 1975-ci ildə “Cinayətin öyrənilməsinin səbəbləri və təhqiqatın aparılması” üzrə hüquq elmləri namizədi dərəcəsi verilib. Dəfələrlə rayon sovetinin və Bakı şəhər sovetinin deputatı seçilib.

      1979-cu il mayın 12-də ürək çatışmamazlığından vəfat edib.

 

Əliyeva Kübra Muxtar qızı.

       Əliyeva Kübra Muxtar qızı 1944-cü ildə Ağdam rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1963-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni – maarif fakültəsinə daxil olub, 1967-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1967-ci ildən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun “Dekorativ tətbiqi sənət” şöbəsində baş laborant, elmi işçi vəzifəsində çalışmışdır.

      Hal – hazırda həmin institutda “Təsviri və dekorativ – tətbiqi sənət” şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyir. 1978-1980-ci illərdə Moskva şəhərində Lomonosov adına Universitetin tarix fakültəsində professor V.M.Vasilenkonun yanında təcrübə keçmiş, universitetdə mütəmadi olaraq mühazirələrdə də çıxış etmişdir. O illər ərzində Moskvada namizədlik dissertasiyasını təkmilləşdirmişdir. 1984-cü ildə Moskvada SSRİ Rəssamlıq Akademiyasının nəzdində olan “Təsviri sənətin nəzəriyyə və tarixi” Elmi tədqiqat İnstitutunda “Azərbaycanın xovsuz xalçaları” adlı dissertasiya işini müdafiə edərək sənətşünaslıq namizədi elmi dərəcəsini almışdır.

      1979-cu ilin axırlarından 2001-ci ilə qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rəssamlıq bölməsində (əvəzçiliklə) (Quba filialında 10 il) dosent vəzifəsində işləyərək onlarla peşəkar rəssamların yetişməsində əmək sərf etmişdir. 2001-ci ildən – 2004-cü ilə qədər (əvəzçiliklə) özümü Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin “Memarlıq dizaynı” bölümündə savadlı memar – magistrlərin yetişməsinə həsr etmişəm. 2003-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” kafedrasında müəllim – dosent, halhazırda isə professor vəzifəsində işləyir.

      Uzun illər ərzində istər Respublikamızda və istərsə də Avropa, Yaxın Şərq ölkələrində keçirilən samballı elmi simpoziumlara və konqreslərə dəvətlər alıb, Azərbaycan İncəsənətinin bu və ya digər məsələlərini özündə əks etdirən məruzlərlə çıxış etmişdir.

      Azərbaycan Ensiklopediyasının 3-dən başlayaraq 10 cildinə qədər Azərbaycan dekorativ – tətbiqi sənətində aid 60-dan artıq məqalələrin müəllifidir. Rusiyada çap edilən xüsusi cild Ensiklopediyasındakı Azərbaycan xalçalarına aid məqalələrin müəllifidir. Bundan əlavə Azərbaycanın dövri mətbuatında, və xarici ölkələrdə nəşr edilən 100-dən artıq elmi məqalələri mövcuddur.

      Dörd kitabın (Azərbaycan xovsuz xalçaları – 1988, Xalı və xalçaçılıq terminləri lüğəti – 1998; R.Əfəndiyevlə müştərək, 16-17 əsr Təbriz xalça məktəbi və onun Yaxın və Orta Şərq xalça sənəti ilə əlaqəsi – 1999, Lətif Kərimov Həyat və yaradıcılığı – Eldəniz İbrahimov – Bakı – 2007) müəllifidir.

      1989-cu ildə əmək veteranı medalı ilə təltif edilmişdir.

      1988-ci ildən Azərbaycan rəssamlar İttifaqının üzvüdür. Rəssamların yaradıcılığına həsr edilən onlarca kataloqun müəllifidir. Uzun illər Prezident Apparatı yanında Ali Attestasiya komissiyasının eksperti və Azərbaycan Milli Elmlər Akademiyası Tarix muzeyinin eksperti olmuşdur, AMEA terminologiya komitəsinin üzvüdür.

      2004-cü il may ayının 12-si Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birdəfəlik elmi şurasında “XVI-XVII əsr Təbriz xalça məktəbi və onun Yaxın və Orta Şərq xalçaları ilə əlaqəsi” adlı doktorlu      q dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.

      Müdafiədən sonra 5 beynəlxalq simpoziumda (Berlin, Bakı, Aşqabad, Dənizli, Kazan) iştirak etmiş, bir neçə kataloq və məqalə çap etdirmişdir.

      Ailəlidir 1 övladı var.

 

“Bərdə” Xeyriyyə Cəmiyyətinin Sədri

               Eldar İsa oğlu Qasımov.

       26 iyun 1946-cı ildə Bərdə rayonunun Ərəblər kəndində anadan olmuşdur.

      1952-ci ildə 1 saylı Bərdə şəhər orta məktəbinə daxil olmuş və 1962-ci ildə həmin məktəbi bitirmişdir.

      1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.

      1968-ci ildə Sovet Ordusu sıralarında xidmət etmiş, ehtiyyatda olan zabitdir.

      Ali məktəbi bitirdikdən sonra Maliyyə Nazirliyində işləmiş, Respublikanın bir neçə ali məktəblərində dərs demişdir, iqtisad elmləri namizədidir. Bir kitabın və çoxlu sayda elmi və publisist məqalələrin müəllifidir.

      Hal – hazırda Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsində sektor müdiri vəzifəsində işləyir.

      Evlidir, bir oğlu, üç nəvəsi vardır.

 

Orucov qardaşları.

       XX əsrin əvvəllərində elm və mədəniyyət cəbhəsinə atılmış yüzlərlə maarifçi ziyalılardan olan Oruc, Qənbər və Abuzər Orucov qardaşları qədim tarixə malik olan Bərdənin Alpoud kəndində dünyaya göz açmış, hər üçü uşaqlıq və gənclik illərini bu kənddə keçirmişlər. Qardaşların böyüyü Oruc Orucov Qori müəllimlər seminariyasını və Gəncə şəhərində sənət məktəbini bitirmişdir. 10-cu illərin mətbuatında publisist, ədəbi-tənqidi məqalələrlə çıxış etmişdir. O biri qardaşları da rus, ərəb və fars dillərini bilmələri, mətbəə-nəşriyyatın işində fəal çalışmaları ailə ənənələrinə uyğun olaraq xüsusi təhsil almalarından, bilik və bacarıqlarından xəbər verir.

      Kifayət qədər savada malik olan Orucov qardaşları XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmişlər. Orucov qardaşları ata-babalarından qalma mülkü və əmlakı satmaqla əldə etdikləri vəsait hesabına çox xeyirli addım ataraq mətbəə avadanlığı almış və geniş nəşriyyat fəaliyyətinə başlamışlar. Orucov qardaşlarının mətbəəsi öz dövrünə görə yüksək texniki avadanlıqla təchiz edilmişdir. Burada “Mille” markalı şrifti özüyığan maşın, “Frangental”, “Arzburq”, “Amerikanka” markalı çap maşınları, kağız tikən maşınlar da var idi. Bunların əksəriyyəti Almaniyadan gətirilmişdi. Naşir qardaşlar Azərbaycan, Rus, Avropa və Şərq xalqları ədəbiyyatından bir çox qiymətli kitabları ilk dəfə çap edərək onları oxucularımıza çatdırmışlar. Azərbaycan yazıçılarından A.Səhhət, A.Şaiq, N.Vəzirov, N.Nərimanov, Ç.Qənizadə, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ü.Hacıbəyov və başqa klassiklərin onlarca əsərləri bu mətbəədə işıq üzü görmüşdür. Onlarca kitabları nəşr etməklə ədəbiyyatımızı zənginləşdirmişlər.

      XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərən çox saylı mətbəələr arasında Orucov qardaşlarının mətbəə nəşriyyatı diqqəti daha çox cəlb edir. Milli kitab xəzinəmizin zənginləşdirilməsində və çap mədəniyyətinin inkişafında həmin mətbəənin xidmətləri əvəzsiz olmuşdur. Bakıda Azərbaycanlılara məxsus ən iri çap bazası və texniki avadanlığı olan bu mətbəə əsasında sonralar Orucov qardaşlarının nəşriyyatı yaradılmışdır. Bu da Azərbaycan mədəniyyəti tarixində ilk nəşriyyat hesab edilir. Orucov qardaşlarının nəşr etdikləri kitabların satışı ilə məşğul olan xüsusi mağaraları və Qafqazın iri yaşayış məntəqələrində xüsusi vəkilləri vardı.

      Abuzər Orucovun doğma nəvəsi, sənətşünaslıq namizədi Kübra Əliyeva yazır: “...Abuzər və böyük qardaşı Oruc Tiflisdə, sonralar isə Peterburqda təhsil almışlar. Dövrün təhsilli, savadlı və hörmətli adamları olmuşlar. Rus, fars və ərəb dillərini gözəl bilib, ağıllı, tədbirli və əsrin əvvəllərində nəinki Azərbaycanda, bütün Qafqazda sayılan şəxslərdən olmuşlar. Oruc və Abuzər əsrin əvvəllərində Bakıda böyük mətbəə təşkil edib, çap işinə başlamışlar. Mətbəənin bütün işlərini yalnız A.Orucov aparırdı. Çap olunan kitabların, rayonlarda yerləşən mağazaların satışına Qənbər Orucov rəhbərlik edirdi”.

      “Bakı və bakılılar” kitabında Orucov qardaşlarının fəaliyyətinə xüsusi yer ayıran qocaman ədibimiz Qılman İlkin yazdığına görə Orucov qardaşlarının mətbəə və nəşriyyatı ilkin olaraq Tağıyevin qız məktəbinin zirzəmisində yerləşirdi.

      Xalqımızın maarifçi ziyalılar dəstəsinə mənsub olan Orucov qardaşları M.Ə.Rəsulzadə, M.Ə.Sabir, N.Nərimanov, D.Bünyadzadə, P.Axundov, Ü.Hacıbəyov və başqa görkəmli şəxslərlə dostluq və yaxınlıq edirdilər. N.Nərimanov A.Orucovun ailəsinin səhhətini himayə edən ev həkimi olmuşdur.

      Mətbuat tariximizdə parlaq səhifə açan maarifpərvər ziyalılardan olan Orucov qardaşlarının həyat və fəaliyyətləri acınacaqlı və faciəli sonluqla başa çatmışdır. Abuzər Orucovun nəvəsi Ofelya xanım Əliyeva deyir ki, babam repressiya qurbanı olmuş, sürgündən qayıtmamışdır. Sonralar bir çoxları kimi ona da bəraət vermişdilər. Lakin onun qəbri belə vətəndə yoxdur.

      Rus imperiyasının hər cür qadağalarına baxmayaraq onların adları tarix və ədəbiyyat kitablarında hər cür yad edilmişdir. Tədqiqatçı alimlər Orucov qardaşlarına həsr edilmiş monoqrafiyalar, dissertasiyalar, elmi məqalələr yazılmışdır.

 

Məhəmməd Bərdəi.

       Məhəmməd ibn Abdulla Bərdəi onuncu əsrin ən böyük alimi olmuşdur. O, Bərdə şəhərində anadan olmuş və 961-ci ildə Bərdədə vəfat etmişdir. Məhəmməd ibn Abdulla Bərdəi Azərbaycanın böyük mütəfəkkiri və hüquqşünası olmuş, Bər və Bağdad şəhərlərində yaşamışdır. 961-ci ildə Bərdəi ilə görüşən ərəb alimi ibn əl-Nadim yazmışdır ki, Bərdəi mötəzilə fəlsəfi cərəyanın nümayəndəsi, xaricilik hərəkatının üzvü idi. Bərdəi müsəlman hüququndan bəhs edən əsərin müəllifidir. Bərdəinin əsərləri hələlik tapılmasa da (mötəzilə və xaricilik tərəfdarları təqib olunduğundan Bərdəinin əsərləri gizli yazılırdı) onlarıda mütərəqqi cəhətlər və demokratik fikirlər Şəmsəddin Bərdəi olduğu ehtimal olunur.

      Dövrünün görkəmli alimi olan Şəmsəddin Bərdəi yaradıcılığının çoxu Əfqanıstanın Herat şəhəri ilə əlaqədardır. Çox güman ki, Herat şəhərində Şəmsəddin Bərdəinin əsərlərinə rast gəlmək olar.

      Bərdə alimləri Yaxın və Orta Şərd ölkələrinə gedir, onların elm xadimləri ilə əlaqə saxlayır, yazışırdılar.

      Bu dövrdə Azərbaycanın digər iri şəhərləri ilə yanaşı, Bərdədə də mədrəsələr mövcud idi. Bu mədrəsələrdə Şərq dilləri, məntiq, hüquq elmləri tədris edilirdi. Burada əsasən feodal və ruhani uşaqları təhsil alırdı.

 

Fatma Bərdəiyə.

       Abdulla Bərdəi, Gülşən Bərdəi, Şəmsəddin Bərdəi və bir çox başqa alim, şair və din xadimləri kimi Fatma Bərdəiyə də Bərdədə anadan olmuş, Ərdəbildə yaşamışdır. Görkəmli alim Mirzə Məhəmmədəli Tərbiyənin (1875-1940) məlumatına görə F.Bərdəiyə iti qələm sahibi idi.

      Məlumatlardan aydın olur ki, həmyerlimiz Fatma Bərdəiyə dövrünün ən kamil, şəxsiyyətli qadınlarından biri olmuş, orta əsrlərdə bütün Şərq aləmində tanınmışdır.

 

Əbusəid Əhməd Bərdəi.

       Əbusəid Əhməd Hüseyn oğlu Bərdəi (?-929) hüquqşünas və ilahiyyatçı alimdir. O, Bərdə şəhərində doğulub boya-başa çatmış və ömrünün bir hissəsini vətəndən uzaqlarda keçirmişdir. Xətib Bağdadi yazır: “O, ziyarətçi kimi Bağdada gəlmiş, sonra orada yaşamışdır”. Qazi Əbu Abdulla Səyməri söhbət edib mənə dedi ki, Əbusəid Əhməd Hüseyn oğlu Bərdəi Əbuəli Dəqqaq və Musa ibn Nəsirdən elm öyrəndi, ondan isə Əbulhəsən Kərxi, Əbutahir Dəbbas, Əbuəmr Təbəri və başqaları təhsil alırdılar. Əbusəid illərlə Bağdadda qalıb dərs dedi. İbn-ən-Nadim (?-1047) Əbusəid Əhməd Bərdədən söz açarkən onun kitabları olduğunu qeyd edir. Başqa müəlliflər isə müsəlman hüququna dair bir əsərlər yazmış Əbülhəsən Kərxinin (874-952) tez-tez Azərbaycan aliminin yanına gedib – gəldiyini və ondan çox faydalandığını göstərirlər.

      Əbusəid Əhməd Bərdəi mənbələrə Hənəfiliyin və mütəziliyin görkəmli nümayəndəsi kimi səciyyələndirilir.

 

Baxşəliyev Adil Baxşəli oğlu.

       Baxşəliyev Adil Baxşəli oğlu 1952-ci ildə Bərdə şəhərində anadan olmuşdur. 1981-ci ildə namizədlik dissertasiyasını, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. A.B.Baxşəliyev akad. C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktor vəzifəsində çalışır. Eyni zaman o, Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasının müdiridir. 2004-cü ildə professor elmi adını almışdır.

      1981-ci ildə Moskva şəhərində Ümumittifaq Elmi Kardioloji mərkəzdə aspiranturanı bitirmişdir. 1990-cı ildə Moskva şəhərində N.İ.Piroqov adına İİ Moskva Dövlət Tibb İnstitutunda doktoranturanı bitirmişdir.

      Baxşəliyev Adil Baxşəli oğlu 1975-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə ilə bitirmişdir. 1976-cı ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya İ kafedrasında böyük laborant vəzifəsində işləmişdir. 1977-78-ci illərdə adı çəkilən institutun mərkəzi elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi vəzifəsində işləyib. 1978-1981-ci illərdə Moskva şəhərində Ümumittifaq Elmi Kardioloji mərkəzdə “Daxili xəstəliklər” ixtisası üzrə məqsədli aspiranturada oxuyub və 1981-ci ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. 1981-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya İ kafedrasında assistent vəzifəsində çalışmışdır. 1984-1985-ci illərə qədər Elmi-Tədqiqat Kardiologiya İnstitutunun “arterial hipertoniya” şöbəsinin müdiri vəzifəsində işləyib. 1985-1990-cı illərdə Moskva şəhərində N.İ.Piroqov adına İİ Moskva Dövlət Tibb İnstitutunda “kardiologiya” ixtisası üzrə doktoranturada olub və 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1990-91-ci illərdə Azərbaycan Tibb İnstitutuna konkursdan keçdikdən sonra müalicə-profilaktika fakültəsinin “daxili xəstəliklər İ” kafedrasının müdiri vəzifəsinə təyin olunmuşdur və 1992-ci ildən “klinik farmakologiya” kafedrasının müdiri vəzifəsində çalışır. 1998-ci ildən C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda direktor vəzifəsində işləyir.

      A.B.Baxşəliyev 110-dan artıq elmi əsərin, o cümlədən 2 dərslik, 12 metodik tövsiyyənin, 7 tədris vəsaitinin müəllifidir. Onun rəhbərliyi altında 22 namizədlik dissertasiya işi başa çatdırılmış, 4 doktorluq, 12 namizədlik dissertasiyası yerinə yetirilir.

      A.B.Baxşəliyev 100-dən artıq elmi əsərin, o cümlədən monoqrafiyanın, metodik tövsiyyələrin, dərs vəsaitinin müəllifidir.

      1) A.B.Baxşəliyev. Kliniki Farmakologiya. Dərslik, Bakı 2004, 415 S.

      2) A.B.Baxşəliyev və həmmüəlliflər. Хронотерапия больных гипертонической болезню амлодипином. Кардиология СНГ, т.2,№2,2004,с.7-13

      3) Use of moxonidine and its combination with hormonal replacement therapy in postmenopausal women with hypertension disease. The 21-st Scientific Meeting of the International Society of Hypertension. 2006, Fukuoka, Japan, p. 365-366

 

Fikrət Hüseyn  oğlu Əliyev

 1941-ci il dekabr ayının ikisində Bərdə rayonunun Qayalı kəndində anadan olmuşdur.

            1949-cu ildə Qayalı ibtidai kənd orta məktəbinə daxil olmuşdur.1953-cü ildə həmin məktəbin ibtidai təhsilini başa vurduqdan sonra, Mehdixanlı kənd orta məktəbinin beşinci sinfinə daxil olmuşdur.1959-cu ildə Mehdixanlı kənd orta məktəbini yüksək qiymətlərlə bitirmişdir.

            1961-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə daxil olmuş, 1967-ci ildə həmin fakultəni bitirərək kimyaçı ixtisasına yiyələnmişdir.

            İlk əmək fəaliyyətinə Yevlax tütün fermentasiya zavodunda qapançı vəzifəsində başlamışdır (orta məktəbi bitirdikdən sonra).Sonrakı əmək fəaliyyəti Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri elmi-tədqiqat İnstitutunda davam etdirmişdir.

            Daha sonra D.Bünyad-zadə adına Xalq təsərrüfatı İnstitutuna müəllim vəzifəsinə keçmişdir.

            1972-ci ildə istehsalatdan ayrılmamaq şərtilə Azərbaycan SSR-i EA Qeyri-üzvi və Fiziki kimya İnstitutunun aspiranturasına daxil olmuş, 1978-ci ildə müdafiə edərək, kimya elmləri namizədi alimlik dərəcəsi adını almışdır.

            80-dən çox elmi əsərlərin müəllifidir.

            Hal-hazırda Azərbaycan Respublikası İqtisad Universitetinin Kimya kafedrasında dossent vəzifəsində çalışır.

            Bir qızı, iki oğlu və dörd nəvəsi var.

Kamran Hüseyn oğlu Əliyev

1938-ci il may ayının iyirmisində Bərdə rayonunun Qayalı kəndində anadan olmuşdur.1948-ci ildə Qayalı ibtidai kənd orta məktəbinə daxil olmuş və 1951-ci ildə həmin məktəbin dördüncü sinfini bitirdikdən sonra Yevlax şəhər 2 sayli orta məktəbin 5-ci sinfinə daxil olmuş, 1958-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.

1960-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun alman dili şöbəsinə daxil olmuş,1965-ci ildə həmin şöbəni müvəffəqiyyətlə bitirmişdir.Pedagoji fəaliyyətinə Yevlax şəhərində başlayan Kamran müəllim sonradan(1968-ci ildən etibarən) Bakı şəhərinə köçmüş,D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda müəllim vəzifəsində çalışmışdır.O,Azərbaycan Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutunda əvvəlcə metodist,sonra isə ömrünün axırına kimi inspektor vəzifəsində çalışmışdır.

         Lap uşaqlıq illərindən Kamran Əliyevin şerə, ədəbiyyata çox böyük həvəsi olmuşdur.Məktəbdə oxuduğu  illərdə bir neçə şeri Yevlax rayonunun “Təşəbbüs” qəzetində nəşr edilmişdir.Tələbəlik illərində isə onun şerləri “Ulduz” jurnalında,”Muəllim” və başqa qəzetlərdə dərc edilmişdir.Azərbaycan xalq şairləri Rəsul Rza, Bəxtiyar Vahabzadə onun yaradıcılığına “uğurlu yol” yazmışlar.

         1998-ci ildə vəfat edib.Üç qizi,bir oğlu və 5 nəvəsi var.

 

         Ölümündən sonra şeir kitabı işıq üzü görmüşdür:

      Çinar kölgə salar hər yolun üstə,

      Körpəm mürgüləyər öz qolum üstə,

                                   Xəzər sahilində,qara qum üstə

                                   İllərlə qalaram inciməz canim.

                                   Ey ulu tarixli Bərdə diyarım.

Dağa duman gələr, dağa çən düşər

Qara saçlarıma vaxtsız dən düşər

Nə düşər payıma kədərdən düşər

                                  Adına bağlıdır eşqim,vicdanım

                                  Ey ulu tarixli Bərdə diyarım.

                                  Günəşi açılan səhər gətirər

                                  Bəzi günahsızdar günah gətirər

                                  Bir sevinc gətirər,min ah gətirər

                                  Mən sənə demişəm dinim,imanım

                                  Ey ulu tarixli Bərdə diyarım

                                 Əgər göy axnaşıb,uçsa üstünə,

 Dağları,daşları qatıb tüstümə

Əzib düşmənimi,əzib yadımı

Birinci sətirdən sənin adını

Yerin sinəsinə göyün köksünə

Yazar ürəyimdən sızılan qanım

Ey ulu tarixli Bərdə diyarım.