Bərdənin tarixi
Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri də Bərdə şəhəridir.O, Kür çayı ilə Tərtər çayının arasında, Qafqaz Albaniyasının geniş düzənlik əraziyə, əkinə yararlı torpaqlara, təbii və süni su hövzələrinə malik olan Uti nahiyəsində yerləşmişdir.Qədim Albaniya torpaqlarının mərkəzində yerləşən
Bərdə təxminən 2000 il nubdan əvvəl artıq iri şəhər idi.Beşinci yüzillikdə Albaniyanın paytaxtı Qəbələdən Bərdəyə köçürüldü.
Bərdə şəhərinin adı ilə bağlı ən qədim yazılı məlumat ilk orta əsrlərə aid olan alban, erməni və gürcü
mənbələrində saxlamışdır.İstər M.Kalankatlinin “Albaniya tarixi” əsərində istər “Dədə Qorqud” əsərində, istərsə də orta əsrlər ərəb və fars mənbələrində Bərdənin adı dəfələrlə çəkilsə də, “Bərdə” toponimi izahını tapmır.Nizami Gəncəvi “İsgəndərnamə” poemasında Bərdəni “ Harun”, İqrar Əliyev “Mediya tarixi” ndə Bardiya adlandırsa da, başqa yazılı mənbələrdə “ Bərdə” sözünə oxşar izlərə rast gəlinsə də, onun adı siyasi-inzibati həyatında baş verən dəyişikliklərlə əlaqədar dəyişmişdir.Belə ki, bu ad VII ci əsrdən tarixə məlum olan Partatuadan götürülmüş, sonrakı dövrlərdə, Partav, Bərdaa və nəhayət, Bərdə şəklinə düşmüşdür.
Mənbələrdən verilən məlumata görə M.Kalankatlinin “Albaniya tarixi” əsərində bildirilir ki, “Ölkənin tarixi əzəmətli Bərdə şəhəridir”. I-IV əsrlərdə Albaniyanın vəziyyəti son dərəcə Qafqazda mühüm rol oynamış və yaxşı olmuşdur, o müstəqilliyini itirməmişdir.Şübhəsiz ki, Albaniyanın Qarabağ bölməsinin, o cümlədən Bərdə əhalisinin də etnik komponentlərindən biri türk tayfaları idi.
B.e.ə IV əsrdən Qarabağın etno-mədəni inkişafını alban mərhələsi başlamışdır.
Mənbələrdə ilk alban çarları haqqında məlumat almadığına görə yalnız onların adları və hakimiyyət dövrləri haqqında məlumat verilir.Albaniyanın Sasanilərin hakimiyyəti altında olması, iqamətgahın Bərdədə yerləşməsi haqqında da qeydlərə rast gəlmək olar.
İlk dəfə V əsrdə Albaniyada dini qanunlar qəbul edilmişdir və Bərdə alban-xristian katalikosluğunun mərkəzinə çevrilmişdir.Tədqiqata görə Bərdə erkən orta əsrlərdə ölkənin paytaxtı kimi mühüm siyasi hadisələrlərin mərkəzində dayanmışdır.
Sasanilər imperiyasının bir hissəsi olan Azərbaycan ərəblər tərəfindən işğal edildiyi zaman,
Azərbaycanın Şimalında Mehranilər nəslinin idarə edildiyi müstəqil dövrlər var idi.Mənbələrə görə Cavanşir Çarın Varaz Qriqorun bütün işlərinə rəhbərlik etmiş, Albaniyanın müstəqilliyi uğrunda çalışmış, qüdrət və şücaət göstərmişdir.O, böyük sərkərdə, uzaqgörən siyasətçi, müdrik hökümdar kimi Bərdəni siyasi və iqtisadi baxımdan əhəmiyyətli bir şəhərə çevirmişdir.
Azərbaycanın Cənub hissəsi VII əsrin sonlarında Ərəb xilafətinin tam hakimiyyəti altına keçmiş, Şimal hissəsi olan Albaniya isə xilafətin vossalı kimi yerli hökümdarlar tərəfindən idarə olunurdu.XII əsrin birinci yarısından etibarən Bərdə Azərbaycanın Atabəylər dövlətinin tərkibində idi; XVI əsrin sonunda Osmanlı sultanı III Muradın vaxtında Mustafa Paşa Azərbaycanı tutdu.XVIII əsrdən etibarən Bərdə əhəmiyyətli yaşayış məntəqəsinə çevrildi.
XIX əsrin əvvəllərində Azərbaycan İranla Rusiya arasında bölüşdürüldü.Şimali Azərbaycanın tərkibində Bərdə də Rusiyanın tabeliliyinə keçdi.
Ərəblər Albaniyanın idarəçiliyini öz əllərinə aldıqdan sonra ölkəni xilafət canişinləri idarə etməyə başladılar.Ərəb xilafəti əleyhinə Azərbaycanda baş vermiş üsyanlardan ən güclüsü Babək hərəkəti idi..
O, ərəblərə qarşı 21 il mübarizə aparmışdır.Azərbaycan ərazisində baş vermiş müharibələr ölkənin sioyasi həyatına, iqtisadiyyatına böyük ziyan vurmuşdur.Bununla belə Bərdə IX-X əsrin I yarısında yüksək inkişaf etmişdir.
Xilafətin parçalanmağa başladığı bir dövrdə yaranmış Sacilər dövlətinin əsası ( X əsrin axırlarında) Məhəmməd İbn Əbu Sac tərəfindən qoyulmuşdur.O, Ani və Divindən tutmuş Tiflisə qədər olan və digər əraziləri də özünə tabe etdirmiş, Bərdə şəhərində vəfat etmişdir.Sacilərin hakimiyyəti dövründə Azərbaycan torpaqlarının vahid dövlət halında birləşdirilməsi şəhərlərin, sənətkarlığln, ticarətin və mədəniyyətin inkişafına səbəb olmuşdur.Bərdə şəhəri Sacilərin hakimiyyəti dövründə öz əzəmətini saxlamış, siyasi, iqtisadi və mədəniyyət cəhətdən inkişaf etmiş, iri sənət və ticarət mərkəzi olmuşdur.
Atabəylər dövlətinin paytaxtı Naxçıvana köçürüldükdən sonra monqolların Bərdə üzərinə yürüşü başlandı.Azərbaycana Teymurun gəlişi və Teymurilər dövrü Bərdə tarixində Teymur Qarabağa daxil olur və şəhər dağılır.
Teymurun ölümündən sonra onun vərəsələri arasında daxili çəkişmələr başlandı.
XV əsrdə Azərbaycanda 3 böyük dövlət-Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri mövcud idi.Cavanşir öldürüldü, Uzun Həsən Azərbaycanın taxtına sahibləndi.
XV əsrin sonlarında Gödək Əhməd Azərbaycana hücum etdi və hakimiyyəti ələ aldı.XVI əsrin
sonlarında Osmanlıların hücumları gücləndi.Müharibə nəticəsində Azərbaycan Sultan III Murad tərəfindən tutuldu.XVIII əsrin əvvəllərində Şimali Qafqazlıların Qarabağa aramsız basqınları başlandı.Səfəvi hakimiyyətinin zəifləməsindən istifadə edən Nadir xan hakimiyyəti ələ keçirdi.XIX əsrin əvvəllərində İranla Rusiya arasında bölüşdürüldü.
Arxeoloji qazıntılar zamanı Bərdənin maddi mədəniyyətindən xəbər verən yazı və xüsusi işarələr olan daş bütlər, müxtəlif formalı gil və metal çıraqlar, gil şamdanlar, qədim abidələr, irili-xırdalı əşyalar bərdəlilərin həyatında baş verən, özünə yer tutan qədim mədəniyyətdən nümunələr deməkdir.IX əsrdə Bərdədə əzəmətli memarlıq kompleksləri yaradılmışdır.Tikili məbədlərdən ən maraqlısı Bərdə türbəsidir.Bərdədə tikilmiş “ Məscid İmamzadə”, “İmamzadə İbrahim” indi də mərasimlərin keçirildiyi mərkəzdir.Bərdə xalçaları bu günümüzədək öz şöhrətini saxlamışdır.Tədqiqatlar göstərir ki, Bərdə şəhərinin maddi mədəniyyəti qədim və zəngin əsaslara söykənir.