Tədbirlər haqqında məlumat
31
iyul 2010-cu il tarixdə Mərkəzi Kitabxanada milli mətbuatımızın 135
illiyinə həsr edilmiş “Milli mətbuatımız bu gün” a
dı
altında dəyirmi masa keçirildi.Tədbirdə BDU-nun tələbələri , Bərdə
İdarəetmə və texnologiya Kollecinin tələbələri, müəllimlər fəal
oxucular iştirak edirdi. Tədbiri giriş sözü ilə şəhər 28 saylı
kitabxananın müdiri X.Məmmədova açdı. O, qeyd etdi ki , 22 iyul
Azərbaycan mətbuatının doğum günü tarixə qızıl hərflərlə yazıldı.
Azərbaycan xalqının maariflənməsində, intellekt səviyyəsinin
yüksəlməsində ilk mətbu orqan olan “Əkinçi”qəzetinin rolu böyük
olmuşdur.Tədbrdə BDU-nun Şərqünaslıq fakultəsinin tələbəsi Peykər
İbrahimova mətbuatımızda gəncləri ən çox maraqlandıran yazılar
haqqında ətraflı danışdı. BDU-nun tələbəsi Nüşabə Əliyeva çıxış
edərək “Əkinçi”qəzetinin yaranmasından, mətbuat işçilərinin bu
qaynaqlardan qidalanaraq zaman-zaman dünyaya intiqrasiyasından
danışdı.Tələbələrin, idarə və təşkilat nümayəndələrinin iştirak
etdiyi bu tədbirdə mətbuatda dərc edilən yazıların daha mükəmməl
düşünərək mətbuat səhifələrinə çıxarılmasını, ən çox gənclərin həyat
tərzindən bəhs edilən yazıların dərc olunmasını daha məqsədə uyğun
olduğunu qeyd etdilər.Tədbirdə milli mətbuatımızın tarixini əks
etdirən əsərlərdən, dövrü mətbuat nümunələrindən ibarət sərgi təşkil
edilmişdir.

16. VIII. 2010-cu il tarixdə Bərdə rayon Mərkəzi Kitabxanada Xalq şairi B.Vahabzadənin anadan olmasının 85 illiyi münasibəti ilə “Milli azadlıq və istiqlal şairi” adlı ədəbi-bədii gecə kecirildi.Gecəni giriş sözü ilə kitabxananın müdiri A.Zülfüqarova açdı. Şairin həyat və yadacılığı haqqında fəal oxucu Günel qasımova geniş çixış etdi. Orta bildirdi ki, B.Vahabzadə poeziyasınin başlıca qayəsi vətəndir.Çıxış ətrafında geniş müzakirələr oldu. Tədbirdə oxuculardan Kərimova Nəsibə, Şahlarzadə Ramal, İbrahimova Peykər və s. şairin şerlərindən söylədilər, şerlərinə həsr olunmuş musigilər səsləndi. Kitabxanada “B.Vahabzadə-85” adlı sərgi Təşkil edilmişdir.Tədbirdə 45 nəfər iştirak etdi.

22 iyun 2010-cu il tarixdə Bərdə rayon Mərkəzi Kitabxanasında Xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilmişdir. Gecəni giriş sözü ilə Oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova açdı. O, şairin vətənpərvərliyi, dostluğa sadiqliyi, özünə ciddi yanaşmağı haqqında ümumi məlumat verdi. Kitabxananın fəal oxucusu Bərdə İdarəetmə və Texnologiya kollecinin tələbəsi Nəsibə Kərimova şairin həyat və yaradıcılığı haqqında geniş çıxış etdi. 28 saylı Kitabxananın müdiri Xədicə Məmmədova çıxış edərək şairin yaradıcılığındakı fərqli xüsusiyyətlərindən danışdı.Tədbirdə fəal oxuculardan Ülviyyə Veysəlzadə, Zahir Qasımov, Nəsibə Kərimova şairin şerlərindən parçalar söylədilər.Çıxış edənlər şairin o taylı, bu taylı azərbaycanlıların həsrətləri haqqında yazılmış şerlərindən xüsusi söhbət açdılar.Tədbirdə şairin əsərlərindən və onun haqqında yazılmış xatirələrdən, məqalələrdən ibarət geniş sərgi təşkil edilmişdi.Sonda tədbir iştirakçıları sərgi ilə tanış oldular. Tədbirdə 45 nəfər iştirak edirdi.
04.06. 2010-cu il tarixdə Mərkəzi Kitabxanada ekologiya ilinə həsr edilmiş “Təbiəti qoruyaq” adı altında dəyirmi masa kecirilmişdir.Tədbirdə Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin tələbələri, Akademik Həsən Əliyev Adına “Yaşıl Dünya” klubunun üzvləri , Ekologiya informasiya ictimai birliyinin sədri Musa Muradov, “Aran” QHT-nin nümayəndələri və fəal oxucular iştirak etmişdir.Tədbirdə Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin ekologiya müəllimi, kənd təsərrüfatı elmləri namizədi Xosrov Musayev ekologiya ili ilə əlaqədar geniş məlumat verdi. O, son dövrdə təbiətdə baş verən qlobal istiləşmə, daşqınların və s. baş verməsində ekoloji tarazlığın pozulması halları ilə əlaqələndirdi. Bunun üçün həyəcan təbilinin çalınmasının, yaşıllıqların, meşələrin qorunub saxlanmasının və bu işdə gənclərin daha yaxından iştirakını zəruri saydı.“Yaşıl Dünya” birliyinin sədri Etibar Həsənli çıxış edərək ölkəmizin bütün bölgələrində abadlıq, yaşıllaşdırma işlərinin aparılmasından və bu sırada Bərdə rayonunda da aparılan işlərdən danışdı və bu işdə bütün gəncləri fəal iştirak etməyə çağırdı.Taleh Şahsuvarov çıxış edərək işlədiyi layihələrdən danışdı və bunun səmərə verəcəyini qeyd etdi.Sonda MKS-nin direktoru H.Mirzəyeva çıxış edərək belə tədbirlərin çox böyük əhəmiyyəti olduğunu qeyd etdi. Kitabxana oxuculara hər sahədə olduğu kimi ekologiya sahəsində də informasiyanın catdırılmasında mühüm rol oynayır.
25.05.2010-cu il tarixdə Mərkəzi kitabxana H.Əliyev muzeyinin qarşısında “Kitab bayramı ” keçirmişdir.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İ.Ağayev, icra aparatının nümayəndələri , idarə və təşkilatların nümayəndələri, ziyalıları, məktəblilər və çox saylı əhali iştirak edirdi. Tədbirdə müxtəlif mövzulara aid kitab sərgiləri təşkil edilmişdi.
08.05.2010-cu i
l tarixdə A. Səhhət
adına Uşaq kitabxanasında Böyük Vətən müharibəsində qələbənin
65-ci
ildönümü münasibətilə müharibə veteranları ilə görüş keçirildi.Görüşdə veteranlardan Tahirov Cəlil, Aslanov Hüseyn,
Əhmədov Musa, Yarməmməd İsmayılov, Hüseynov Hüseyn, Əsədov
Səlim, iştirak etdilər.Tədbiri kitabxananın işçisi H. Qəmbərova açdı. O, Böyük
Vətən müharibəsi haqqında ətraflı məlumat verdi. Sonra kitbxananın
işçisi A. Süleymanova Böyük Vətən müharibəsində Azərbycanın
rolu mövzusunda tədbir iştirakçılarına geniş məlumat verdi.Veteranlar keçdikləri döyüş yolları haqqında tədbir
iştirakçılarına danışdılar, oxuculara öz tövsiyyələrini verdilər.
Şəhər 8 saylı, Z. Əliyeva adına məktəbin şagirdləri veteranları
qələbə günü münasibətilə təbrik etdilər. Tədbirdə 70 nəfər iştirak
edirdi.
05.05 2010-cu il tarixdə Mərkəzi kitabxanada yazıçı, publisist, millət vəkili Elmira Axundovanın 4 cildlik “Heydər Əliyev.Şəxsiyyət və Zaman ” kitabının təqdimat mərasimi keçirildi.
Mərasimdə fəal oxucularla bərabər Bərdə rayon İcra Hakimiyyətinin və İctimai təşkilatların nümayəndələri iştirak etdi.
Tədbir iştirakçıları belə bir kitaba görə müəllif Elmira Axundovaya öz minnətdarlıqlarını ifadə etdilər.
Tədbirdə 42 nəfər iştirak etdi.
03.05.2010-cu il tarixdə Bərdə rayon Mərkəzi kitabxanasında Qələbənin 65 illiyi ilə əlaqədar H.Abbaszadənin general Həzi Aslanova həsr edilmiş “General” kitabının müzakirəsi keçirildi. Müzakirədə Bərdə İdarəetmə Kollecinin tələbələri R.Zahir, F.Davud, D.Samir, V.Ülviyyə və fəal oxuculardan M.Xədicə, K.Nəsibə, R. Vüqar və başqaları iştirak etdi.
Müzakirədə 35 nəfər iştirak edirdi.
16.04.2010-cu il tarixdə Mərkəzi Kitabxanada “Ekoloji
problemlər” adlı dəyirmi masa keçirilmişdir. Ölkə prezidenti İlham
Əliyevin sərəncamı ilə 2010-cu ilin “Ekologiya İli”
elan edilməsi ilə əlaqədar MKS-də vaxtaşırı tədbirlər təşkil edilir.
Tədbirdə Bərdə şəhər İdarəetmə və Texnologiya kollecinin müəllim və
tələbələri, “Ekoloji informasiya” İctimai Birliyinin üzvləri iştirak
etmişdir. Tədbirdə “Ekoloji informasiya” İctimai Birliyinin
regionlarda “Ekoloji informasiyalaşdırma kompaniyasının təşkili"
layihəsinin rəhbəri Taleh Şahsuvarlı, birliyin sədr müavini kənd
təsərrüfatı elmləri namizədi Xosrov Musayev, “Ekoloji informasiya”
İB layihə kordinatoru Emin Əliyev, 28 saylı şəhər kitabxanasının
müdiri Xədicə Məmmədova çıxış edərək rayonda ekoloji propblemlərin
həllində yaxından iştirak etməyin vacibliyindən danışdılar.
“Yaşıl dünya” tələbə birliyinin üzvləri Etibar həsənli, Orxan
Şirinli, Fəridə Məmmədova, Hicran Hüseynova və başqaları çıxış
edərək rayonda yaşıllaşdırma işlərinin sürətləndirilməsinin
vacibliyini qeyd etdilər, bu sahədə bu birliyin gördüyü işlər
haqqında məlumat verdilər. Kitabxanada mövzuya dair sərgi təşkil
edilmişdi.
15.04.2010 cu il tarixdə Mərkəzi kitabxanada YAP Bərdə rayon təşkilatı
ilə birlikdə “Erkən nigah və ailələrin dağılması” adlı tədbir
keçirilmişdir.Tədbirdə rayonun müxtəlif idarə və təşkilatlarının
nümayəndələri, orta məktəblərin müəllim və şagirdləri, tələbələr
iştirak etdi.
Tədbiri giriş sözü ilə YAP Bərdə rayon şöbəsi Gadınlar Şurasının sədri Xuraman Qurbanova açdı. O, son zamanlarda ölkəmizdə azyaşlı qızların məktəbdən valideyinləri tərəfindən zorla ayrıldığını, erkən nigaha daxil edildiyini və bunun sonradan ciddi fəsadlar törətdiyini qeyd etdi.
Həkim-ginekoloq Yeganə Abdullayeva erkən nigahın qızlarımıza tibbi
cəhətdən də çox pis təsir etdiyini, həmçinin bunun sonsuzluqla
nəticələndiyini qeyd etdi.
Rayon VVAQ şöbəsinin müdiri Səmayə Mehdiyeva erkən nigahların daha çox boşanma ilə nəticələndiyini qeyd etdi və bunun qarşısının alınmasının vacibliyini göstərdi.
Tədbirdə 2 sayli orta məktəbin direktoru Pakizə Muxtarova, 5 saylı orta məktəbin direktor müavini Ofeliya Rüstəmova və gənclər çıxış edərək mövzuya münasibət bildirdilər.
Tədbirdə həmcinin rayon prokurorluğunun və rayonun dini idarəsinin nümayəndələri də iştirak etmiş və qeyd etmişlər ki, erkən nigah, nigahdan kənar ailələrin problemləri həm dinimizə, həm də ümumiyyətlə insan psixologiyasına zərər gətirir. Bundan başqa erkən nigaha girən qızların ailələrində çox zaman mübahisələr yaranır və sonda məhkəmələrə müraciət etmək zərurəti yaranır. Buna görə də həm məktəblərdə, həm ailələrdə həm də ümumuiyyətlə cəmiyyətdə bu hallara son qoymaq zamanı gəlib çatmışdır.
16.03.2010-cu il tarixdə Bərdə rayon A.Səhhət adına Uşaq Kitabxanasında “Milli-mənəvi dəyərlərimiz” mövzusunda Novruz bayramına həsr olunmuş tədbir kecirilmişdi.Tədbirdə kitabxananın işçisi A.Süleymanova milli-mənəvi dəyərlərimiz barədə iştirakçılara ətraflı məlumat verdi. MKS-nin metodisti H.Qəmbərova çıxış edərək çərşənbələrin nəyə görə su, od, yel və torpaq adlandırıldığı haqqinda danışdı. Məktəblilərin ifasında Novruza həsr edilmiş şerlər, rəqslər Novruzun atributu olan kosa və keçəlin maraqlı çıxışları oldu.
15.03.2010-cu il tarixdə Mərkəzi kitabxanada “Milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında qadınların rolu” adı altında dəyirmi masa keşirilmişdir.
Tədbirdə rayonun ictimai həyatında yaxından iştirak edən qadınlar, Yap qadınlar şurasının sədri X.Qurbanova , rayon qadınlar şurasının sədri R.Babayeva, “Bərdə” qəzetinin şöbə müdiri Ş.Əliyeva, rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi A.Qasımov və başqaları iştirak etdilər.
Çıxış edənlər müasir şəraitdə ictimai həyatda qadınların oynadıqları roldan danışdılar. Qadınların gənc nəslin təlim-tərbiyəsində xüsusi olaraq məsuliyyət daşıdıqlarını qeyd etdilər.
MKS-nin direktoru H.Mirzəyeva çıxış edərək qeyd etdi ki, yeni ailə quranlarda boşanmaların səbəbini axtarmaq lazımdır. Mənə elə gəlir ki, gənclərin dünyagörüşünün məhdud olması buna gətirib çıxarır. Bunun da əsas səbəbi gənclərin kitab oxumamasındadır. Hamımıza məlumdur ki, müasir informasiya texnologiyaları kitabların insanlara verdiyi mənəvi zövqü və həyatı olduğu kimi çatdıra bilməz. Biz çalışmalıyıq ki, gəncləırimiz daha çox kitab oxusunlar.
Rayon qadınlar şurasının sədri R.Babayeva çıxış edərək tarixdə qadınların ictimai həyatda oynadığı roldan danışdı. Dəyirmi masa arxasında maraqlı fikirlər söylənildi.
05.03.2010-cu il tarxidə 28№-li Gənclər Kitabxabxanasında 8 Mart Beynəxalq Qadınlar gününə həsr edilmiş “Anlara məhəbbət ”adı altında tədbir keçirlmişdir.
Tədbiri 28 № Gənclər kitabxanasının müdiri X.Məmmədova açaraq qadınların həyatda və cəmiyyətdə rolundan danışdı. Kitabxanaçı G.Vəliyeva çıxış edərək gənclər anaların müqəddəsliyindən danışdı və qeyd etdi ki, Peyğəmbər Əleyhissalam “Çəmmək anaların ayaqları altındadır” kəlamın xatırlatdı.
Tədbirdə fəal axuculardan Şəbnəm Rəhimova, Günel Baxşəliyeva, Günel Alıyeva analara həsr edilmiş şerlər söylədirlər.
24 fevral 2010-cu il tarixdə Bərdə rayonu Abbas Səhhət adına Uşaq kitabxanasında Xocalı soyqırımının 18-ci ildönümü münasibətilə “Əsrin Xocalı faciəsi” adı altında oxucu konfransı keçirildi.
Tədbirdə oxuculara Xocalı faciəsi barədə geniş məlumat
verildi. Qeyd edildi ki, bəşər tarixi bir cox faciənin şahidi
olmuşdur. Azərbaycanlıların ermənilər tərəfindən soyqırımı,
1948-1952- ci lllərdə soydaşlarımızın doğma torpaqlarından
deportasiya edilməsi, 20 Yanvar və Xocalı soyqırımı da məhz
belə faciələrdən biridir. Bu hadisə Azərbaycan Respublikası
1991-ci ilin oktyabr ayında tarixi dövlət müstəqilliyini
bərpa etdikdən sonra baş verdiyi xüsusilə qeyd edildi. Bu
Azərbaycanın Dövlət Müstəqilliyinə və ərazi bütövlüyünə qarşı
çevrilmiş terror siyasətinin təzahürü, bütövlükdə insanlıq
əleyhinə törədilmiş qəddar cinayət aktı idi. Tədbirdə
oxucularla bərabər Gənclər və idman idarəsinin baş məsləhətçisi
A. Qasımov, şəhər 1 saylı, 2 saylı, 5 saylı, 8 saylı, məktəblərin
müəllim və şagirdləri daha fəal iştirak etdilər.
Bu məqsədlə kitabxanada “Xocalı faciəsi” adı altında sərgi təşkil edilmişdi. Sərgidə milli qəhrəmanlarımız, Xocalıda həlak olan əhalinin siyahısı və Xocalı soyqırımına həsr edilmiş materiallar öz əksini tapmışdı. Sonda fəal oxucuların ifasında Xocalıya həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim olundu.
Oxucular bu faciənin heç vaxt unudulmayacağı, torpaqlarımızın mənfur erməni işğalçılarından azad olunacağı barədə nikbin fikirlər söylədilər. Vətənə borclarını yaxşı təhsil almalarında və vətənə layiqli övlad kimi yetişməkdə gördülər.
25 fevral 2010-cu il tarixdə Bərdə rayon Mərkəzi kitabxanasında 26 fevral Xocalı faciəsinə həsr edilmiş dəyirmi masa keçirildi.
Tədbirdə fəal oxucularla yanaşı Bərdə rayon Şəhid ailələri və
Qarabağ əlilləri cəmiyyətinin sədri Etibar Hüseynova, rayon icra
hakimiyyətinin məsul işçisi Yusif Yusifzadə, Uşaq incəsənət
məktəbinin direktoru Cəmilə Orucova, “Bərdə qəzeti”nin şöbə müdiri
Şükufə Əliyeva, 105 № li texniki peşə litseyinin müəllimi Seyfəddin
Abdullayev, YAP Bərdə rayon təşkilatının nümayəndəsi Nurayə
Məmmədova, Mədəniyyət və Turizm şöbəsinin inspektoru Validə Nabatova
və başqaları iştirak etdi.
Tədbiri MKSinin direktoru H.Mirzəyeva açdı. O, Xocalı faciəsindən 18 il keçdiyini və bu müddət ərzində faciənin Beynəlxalq miqyasda taninması üçün dövlət qurumlarının eləcədə ictimai qurumların bu sahədə apardığı işlərdən danışdı.
Şəhid ailələri və Qarabağ əlilləri cəmiyyətinin sədri E.Hüseynova
çıxış edərək Xocalı əhalisinin başına gələnlərdən danışdı və əlavə
etdi ki, gələcəkdə belə bəlaların başımıza gəlməməsi üçün dövlət
müstəqilliyimizin qorunub saxlanmasında hər birimiz bir vətəndaş
kimi öz üzərimizə düşən işləri həyata keçirməliyik.
105 saylı texniki peşə litseyinin müəllimi Qarabağın tarixindən danışdı, ermənilərin təkcə əhaliyə qarşı deyil, həmçinin tarixi-mədəni abidələrimizi də terrora məruz qoyduqlarını qeyd etdi.
Rayon icra hakimiyyətinin məsul işçisi Yusif Yusifzadə də ölkədə Xocalı soyqirimı ilə əlaqədar görülən işlərdən danışdı.
Uşaq incəsənət məktəbinin direktoru Cəmilə Orucova erməni xislətindən, onların məkirli siyasətindən danışdı.
“Bərdə qəzeti” nin şöbə müdiri Şükufə Əliyeva Gələcəkdə unutqanlığa yol verilməsin deyə ailədə, məktəbdə və digər yerlərdə uşaq və gənclərimizə tariximizi daha məsuliyyətlə öyrətməyin vacibliyini qeyd etdi.
Rayon Mədəniyyət və Turizm şöbəsinin inspektoru Validə Nabatova da çıxış edərək xalqimizın birliyinin vacibliyini qeyd etdi.
Sonda iştirakçılar kitabxanada təşkil edilən “Xocalı faciəsi” adlı kitab sərgisinə baxdılar
Cari ilin 16
yanvar tarixində Bərdə rayonu Mərkəzi Kitabxanasında orduya
çağırış yaşlı gənclərlə vətənpərvərlik mövzusuna həsr edilmiş “
Vətənimiz-Azərbaycandır” adı altında dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə Oxuculara xidmət şöbəsinin müdiri Almaz
Zülfüqarova açaraq vətənimiz Azərbaycanın tarixi keçmişi haqda qısa
məlumat verdi. Bundan sonra kitabxananın fəal oxucusu 105 saylı Peşə
təhsili litseyinin müəllimi Seyfəddin Abdullayev çıxış edərək
gənclərə vətən yolunda canlarından keçməyi deyil, öz işi ilə əməli
ilə vətənin güclənməsinə xidmət edən hər bir insanın vətənpərvər
olmağı, yeri gələndə igid oğullarımız kimi canlarından keçməyi,
işğal altında olan torpaqlarımızın hansı yolla olursa olsun geri
qaytarılacağından danışdı.
Fəal oxucu rayon Mədəniyyət sarayının direktoru Musa
Muradov öz çıxışında keçmişimizə qayıdaraq onların yolunu
gənclərimizə örnək göstərdi. Vətənimizin övladlarının elm, siyasət,
qəhrəmanlıq uğrunda gördüyü işlərdən, göstərdikləri
qəhrəmanlıqlardan danışdı.
Tədbirdə 28 saylı şəhər kiatabxanasının müdiri Xədicə
Məmmədova, Gülayə Vəliyeva, kitabxanaçılardan Humay Qəmbərova çıxış
edərək vətənimizin igid övladlarının şücaətindən, onların keçdiyi
döyüş yollarından, ən böyük vətənpərvər Ümummilli Lider H.Əliyevin
Azərbaycanımız uğrunda gördüyü işlər haqqında söhbət açdılar.
Tədbiri 8 saylı orta məktəbin X-XI sinif şagirdlərinin
ifasında vətənpərvər ruhlu şerlər söyləməklə yekunlaşdırdılar.
Sonda Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Havva
Mirzəyeva tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək onlara
kitabxana haqqinda geniş məlumat verdi.
Kitabxanada vətənpərvərlik mövzusuna həsr edilmiş sərgi
təşkil edilmişdi.
Müasir dövrümüzdə ən aktual problemlərdən biri vətənpərvərlik
tərbiyyəsidir. Vətənpərvərlik hissi insanları vətən yolunda misilsiz
qəhrəmanlığa və fədakarlığa ruhlandırır,
yüksək vətəndaşlıq, namus,
qeyrət, cətin anda cəsarət, əyilməzlik, döyüşkənlik, məğrurluq hissi
aşılayır.
Məktəblilərdə vətənpərvərlik tərbiyyəsini formalaşdırmaq
üçün kitabxanada bir sıra tədbirlər keçirilmişdir.
08.01.2010-cu il tarixdə Abbas Səhhət adına uşaq kitabxanasında 20
yanvar faciəsinə həsr olunmuş “Şəhidlər ölmür” başlığı altında oxucu
konfransı keçerildi.
Tədbiri kitabxananın ışçisi Aygün Süleymanova açdı.
Tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başladı. Sonra
söz kitabxaxanın biblioqrafı Səiyyə Məhərrəmovaya verildi. O,
xalqımızın başına gələn faciələrdən, şəhidlərimizin
qəhrəmanlıqlarından söhbət açdı.
Tədbirdə Z.Əliyeva adına, şəhər 2 saylı, 5 saylı orta
məktəblərin müəllim və şagirdləri iştirak etdilər. Şagirdlərdən
Cəlal Əliyev, Əli Kərimov, Nərmim Məmmədova , Ağamövsüm Əliyev və
başqalarının ifasinda vətənə, şəhidlərə həsr edilmiş şerlər,
bayatılar səsləndi.
Məktəblilərin ifasında Ə.Səmədlinin “Bir parca torpaq”
hekayəsi üzrə hazırlanmış səhnəcik təqdim olundu.
Tədbirdə Şəhidlərə həsr edilmiş məktəblilərin rəsm
əsərləri nümayiş olundu.
Tədbir “Əsgər marşı” sədaları altında sona çatdı.
Tədbirdə 60 nəfər iştirak etdi.